Tapılan ümumi test sayı : 12

Felin gələcək zamanı haqqında fikirlərdən biri səhvdir:
A) Qeyri – qəti gələcək zaman – acaq2 şəkilçisi ilə düzəlir
B) Gələcək zamanın iki növü var
C) Qəti gələcək zaman hərəkətin gələcəkdə icra olunacağının qətiliyini bildirir
D) Felin gələcək zamanı hərəkətin gələcəkdə, danışıq vaxtından sonra baş verəcəyini bildirir
Zindanda qalmayacaq qəhrəmanlıq və hünər,
Sönüb qaralmayacaq ayna üzlü şəhərlər. – nümunəsində fellər hansı zamandadır?
A) Keçmiş zaman
B) Qəti gələcək zaman
C) İndiki
D) Qeyri – qəti gələcək zaman
Bilirəm ki, deməyəcək
Bir sevgilim, bir də Vətən
Şair, nə tez qocaldın sən! - mətndə gələcək zamanda işlənmiş neçə fel var?
A) 3
B) 1
C) 2
D) 4
Felin gələcək zamanı haqqında aşağıdakılardan biri düzgündür:
A) Qeyri – qəti gələcək zaman şəkilçisi –ar, -ər inkar şəkilçili fellərə əlavə olunanda iki cür işlənir
B) Felin gələcək zamanı hərəkətin gələcəkdə, danışıq vaxtından sonra baş verəcəyini bildirir
C) Qeyri – qəti gələcək zaman şəkilçisi –ar, -ər təsdiq fellərə əlavə olunanda onlarda dəyişiklik olur
D) Qəti gələcək zamanda olan fellər hərəkətin icrası haqqında qeyri – qəti məlumat verir
“ Havada hərəkət yox idi, demək, gün çox isti olacaqdır ” nümunəsində fel hansı zamandadır?
A) Qeyri – qəti gələcək zaman
B) Qəti  gələcək zaman
C) İndiki zaman
D) Keçmiş zaman
Gələcək zamanın neçə növü var?
A) 3
B) 6
C) 2
D) 5
E) 4
Qeyri qəti gələcək zaman hansı şəkilçilərlə düzəlir?
A) a-ə
B) sa-sə
C) ar-ər
D) lar-lər
E) la-lə
Gələcək zamanda işlənmiş fel olan cümləni göstərin.
A) Keçmiş günlər barədə fikirləşirəm
B) Sənin barəndə ona bir söz deməmişdim
C) Dünəndən yağan qar ayaq altında xışıldayır
D) Keçdi o duyduğum hicran günləri
E) Daldan atılan daş topuğa dəyər
Gələcək zamanın neçə növü var?
A) 4
B) 3
C) 2
D) 5
E) 1
Qəti gələcək zamanın şəkilçisini göstərin
A) 4.-ib -ib
B) 3.-mış -miş -muş -müş
C) 2.-dı -di -du -dü
D) 1.-ar -ər
E) 5.-acaq -əcək
Gələcək zamanda işlənmiş feli göstərin
A) Qayış nə bilir, öküz nə çəkir
B) Yarpaqlar payızda saralır
C) Mismarı taxtadan çıxar
D) Yıxılana balta vurmazlar
E) Kaş ki sen deyənə qulaq asardım
Qəti gələcək zamanın şəkilçilərini göstərin:
A) -ar;-ər
B) -acaq;-əcək
C) heç biri
D) -mış;-miş;-muş;-müş
E) -dı;-di;-du;-dü
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top