Tapılan ümumi test sayı : 7

Felin arzu şəklinə aid fikirlərdən hansı səhvdir?
A) Arzu şəklinin mənasında gələcək zaman anlayışı var
B) Felin arzu şəkli arzu, istək bildirir
C) Arzu şəklinin xüsusi formal əlaməti yoxdur
D) Arzu şəkli çox vaxt gərək sözü ilə işlənir
Verilmiş cümlələrdən hansı felin arzu şəklindədir?
a) Çalışırıq ki daha yaxşı yaşayaq
b) yeniyetmə qarşısında məqsəd qoyur: oxumalıyam, öyrənməliyəm
c) payız bağlara yeni gözəllik gətirir
d) uşaqlar qaçırlar ki, yoldaşlarına çatalar
A) c,d
B) a,c
C) a,d
D) b,d
Felin arzu şəklində olan sıranı tapın:
A) Bilək, bilin, yazırsınız
B) Yazaq, bilərəm, bilər
C) Yazsın, oxusun, bilərlər
D) Gələm, oxuya, yazaq
Felin arzu şəklinə aid olanlardan biri düzgündür:
A) Felin arzu şəkli nitqdə ən az işlənən fel şəklidir
B) Arzu şəklinin mənasında gələcək zaman anlayışı yoxdur
C) Arzu şəkli zaman şəkilçiləri qəbul etmir və zamanlar üzrə dəyişmir
D) Arzu şəkli – sa, - sə şəkilçisi ilə düzəlir
Cümlələrdən yalnız biri felin arzu şəklindədir:
A) Keçmiş günləri xatırlayaq, bir də o günlərə qayıdaq
B) Qar yağsa, hava təmizlənər
C) Gecə də orucluq ayı kimi uzanırdı
D) Barlı ağaclar başlarını aşağı əyir
Felin arzu şəklinin qrammatik göstəricisi:
A) -acaq
B) -ca
C) -a
D) -ası
E) -malı
Arzu şəklinin şəkilçisi;
A) maq mək
B) ma mə
C) malı məli
D) yoxdur
E) a ə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top