Tapılan ümumi test sayı : 10

“ Şəhər xeyli dəyişmişdi ” nümunəsində zərfin hansı məna növündən istifadə edilib:
A) Miqdar
B) Tərzi – hərəkət
C) Zaman
D) Yer
Miqdar zərfi hansı cümlədədir:
A) Gəlin bir az, uşaqlar, dincələk
B) Yayda istirahətə gedərik
C) Bir qədər su iç
D) Ağır otur, batman gəl
Zərfin mənaca belə növü yoxdur:
A) Yer zərfi
B) Miqdar zərfi
C) Məqsəd zərfi
D) Zaman zərfi
Hansı cümlədə tərzi – hərəkət zərfi işlənmişdi?
A) Oğlan cəld maşına minib oradan uzaqlaşdı
B) O, bu barədə xeyli danışdı
C) Bu məsələlərdən az – çox xəbərdarsan
D) Açıq dərs bu gün keçiriləcək
Uyğunsuzluğu seçin:
A) İrəli – yer zərfi
B) Dünən – zaman zərfi
C) Hara – yer zərfi
D) Bir az – miqdar zərfi
Sözlərdən neçəsini həm zərf, həm de sifət kimi işlətmək olar? gözəl, çəpəki, sürətlə, xeyli, ucadan, dahiyanə, bərkdən, cəld
A) 2
B) 4
C) 3
D) 5
E) 6
Zərflər daha çox hansı nitq hissələri ilə ortaq ola bilir?
A) isim, əvəzlik, fel
B) sifət, say, fel
C) isim, sifət, say
D) sifət, qoşma, bağlayıcı
E) isim, ədat, feli bağlama
Bunlardan hansı tərzi-hərəkət zərfidir?
A) İnsan
B) Xeyirxah
C) Sakitcə
D) Rəngbərəng
E) Xeyli
“Çox” sözü hansı sözdən əvvəl işlənsə zərf olar?
A) E)su
B) D)ölkə
C) C)dəftərçə
D) A)gileylənmək
E) B)qırmızı
Zərf düzəldən şəkilçiləri göstərin:1.-mış 2.-la 3.-dan 4.-ca5.-acaq 6.-ən 7.-araq
A) 2, 4, 5
B) 2, 3, 4, 6
C) 1, 3, 6, 7
D) 2, 4, 6
E) 1, 3, 4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top