Mən gəzirəm hər yanı

Axşam çağı sahil bağı
Bürünəndə işıqlara gördüm onu.
Ala gözlər baxdı keçdi,
Ürəyimi aldı keçdi.

Sahil boyu gəzirəm o gözəli, gözəli,
Sahil boyu gəzirəm o gözəli, gözəli,
Hardasan, yar, tutmuram qərar?

Mən gəzirəm hər yanı,
Mən gəzirəm hər yanı,
Tapım səni, nazlı ceyranı.

Mən gəzirəm hər yanı,
Mən gəzirəm hər yanı,
Tapım səni, nazlı ceyranı.

Qara qaşlı gözəl çoxdur,
Amma ona bu sahildə bir tay yoxdur.
Qaşlar qara, göz badamı
Dəli edər hər adamı.

Sahil boyu gəzirəm o gözəli, gözəli,
Sahil boyu gəzirəm o gözəli, gözəli,
Hardasan, yar, tutmuram qərar?

Mən gəzirəm hər yanı,
Mən gəzirəm hər yanı,
Tapım səni, nazlı ceyranı.
Mən gəzirəm hər yanı,

Mən gəzirəm hər yanı,
Tapım səni, nazlı ceyranı.

Gözəl Bakı, gözəl şəhər
Gəzdim səni axşam-səhər, o qız hanı?
Küçələri gur işıqlı,
Qız qalası yaraşıqlı.

Sahil boyu gəzirəm o gözəli, gözəli,
Sahil boyu gəzirəm o gözəli, gözəli.



Mus.: V.Adıgözəlov
Söz: Ə.Kürçaylı
Top