Tez acdıran qidalar

Ac olduğunuzda yediyiniz qidalar beyninizə uzun müddət toxluq siqnalı göndərməlidir. Ancaq ağ çörək bunlardan biri deyil. Ağ çörəyin qlisemik indeksi yüksək olduğundan daha tez acarsız, qan şəkərinizin səviyyəsi artar və yenə yemək yeyərsiz.

Meyvə çox sağlam və vitaminli bir qidadır, ancaq meyvənin suyunu sıxdığınızda, lifi ortada qalxır və şəkərli suyu qalır. Tərkibində lif olmadan meyvə suyunu içmək, qan şəkərinizi artırar və sizi acdırar.

Tərkibində çoxlu duz və sirkə olan çips kimi fastfood qidalar sağlamlığa faydalı deyil. Onlar aclıq duyğunuzu basdırmış kimi görünsə də, sadəcə kalori almanıza kömək edər. Çips kimi duzlu qidalar beyindəki şəkər istəyən sahəni hərəkətə keçirir. Duzlu yedikdən sonra ürəyiniz şirin bir şey istəyəcək.

Həyatınızdan fastfood qidalarını çıxarın. Bədəninizi susuz edər. Böyük ölçülü qidalar sizi cəlb etsə də, əslində siz böyük ölçüyə doğru getmiş olursuz.

Bir gecə əvvəl kabab yemisiz və doyunca spirtli içki içmisiz. İçdiyiniz spirtli içki beyninizdəki leptin miqdarını azaltmışdır. Buna görə enerjiniz düşər və yemək yemək istərsiz.

Hər kəs makaron və pizza sevər, ancaq bunlar ağ undan hazırlandığı üçün acdıran qidalar sırasında yer alır. Balıq faydalıdır, çiy balıq da sağlamlığa faydalıdır, ancaq düyü ilə kombinə edilən suşi acdıran qidalar sırasında yer alır. Düyü ağ çörək və makaronla eyni təsirə malikdir. Suşi istəyirsizsə, qəhvə rəngli düyü ilə hazırlanmış suşini seçin.

Taxıllı qidalar ən faydalı qidalardır. Ancaq formulunu dəyişdirmiş taxıl məhsullarının şəkər nisbəti yüksək olduğundan şəkər səviyyəsini pozar. 

Tərkibinə şəkər qatılmış qidalar dadlı olsa da, bir müddət sonra acmanıza səbəb olar. 
Odur ki, yemək yeyərkən uzun müddət sizi tox tutacaq qidaları seçin.
Top