Ditrix Fişer-Diskau

Ditrix 1925-ci ildə Berlində qədim musiqi ənənələrinin davamçısı və təbliğatı ilə məhşur olan ailədə anadan olmuşdur. Uşaqlıq illərindən artıq musiqi ilə məşğul olan Ditrix özünü həm müğənni (bariton), ifaçı-pianist və dirijor kimi sınamışdır.

1949-cu ildən bir çox ölkələrdə qastrol səfərlərində olmuşdur. Həmçinin bir sıra festivalların daimi nümayəndəsi (Edinburq – 1952, Bayreyt – 1954, Zalsburq — 1956) olmuşdur. 1948-ci ildən Berlin Operasının truppasının nümayəndəsi kimi qastrollarda çıxışlar etmişdir.

O Berlində Alman Operası, Münhendə Milli Teatr, Vyana Operası, London Kovent-Qarden Teatrı, Karneqi-Xollda konsertlər vermişdir.

Ditrix həmçinin vokal ifaçısı kimi də məşhur dünya dirijorlarının iştirakı ilə konsertlərdə böyük uğurları olmuşdur. Ditrixin sonuncu konserti 1992-ci ildə baş vermişdir. Ditrix bir sıra mükafatlara layiq görülmüşdür.

Top