Otto Klemperer

Otto KlempererOtto Klemperer 1885-ci ildə Polşanın Breslau şəhərində anadan olmuşdur. İlk əvvəl pianist-ifaçı kimi Frankfurt Konservatoriyasında, sonralar isə təhsilini Berlindəki Ştern Konservatoriyasında davam etdirmişdir. 

1905-ci ildə Qustav Malerlə tanışlığı və dostluğu nəticəsində Otto Praqa Teatrının orkestrinin bədii rəhbəri olmuşdur. Sonralar Otto Hamburq şəhər teatrında (1910-1912), Barmen teatrında (1912-1913), Strasburq şəhərində filarmoniyanın baş dirijoru (1914-1917), Köln Opera Teatrının bədii rəhbəri və bədii müdiri vəzifələrində çalışmışdır.

Bəstəkar 1927-1931-ci illərdən dirijorluq fəaliyyəti ilə məşğul olmuşdur. Onun konsert repertuarı çox geniş idi. 1933-cü ildə Otto ABŞ köçür. Burada o Los-Anjeless Filarmonik Orkestrinin dirijoru təyin olunur.

1947-1950-ci illərdə Otto Budapeşt Opera Teatrında çalışaraq eyni zamanda avropa orkestrləri ilə də əməkdaşlıq edərək qastrol səfərlərinə çıxırdı. Bir sıra mükafatlara layiq görülmüşdür.

Top