Vladimir Aşkenazi

Vladimir Ashkenazy1937-ci ildə məşhur rus estrada ifaçısı David Aşkenazinin ailəsində anadan olmuşdur. 1945-ci ildə Mərkəzi musiqi məktəbinə daxil olmuşdur. Onun ilk konserti F.Şopenin əsərlərindən ibarət olmuşdur.

Bu konsert 1955-ci ildə Moskvanın Böyük Zalında keçirilmişdir. Elə həmin ildə də Konservatoriyaya daxil olan Aşkenazi L.Oborinin sinfində təhsil alır. 1957-ci ildən onun xarici ölkələrə ilk konsert və qastrol səfərləri başlayır. Belə ki bu qastrol səfərlərində ifaçı bir sıra mükafatlara layiq görülür.

Bura — Varşavada keçirilən F.Şopen adına konkursda II mükafat, Brusseldə isə Şahzadə Yelizaveta adına Konkursda I mükafat aiddir.

1962-ci ildə P.İ.Çaykovski adına II Beynəlxalq Konkursda I mükafata layiq görülmüşdür. London şəhərində çıxışından sonra burada məskunlaşaraq yaradıcılıq fəaliyyətini davam etdirir. İfaçılıqla yanaşı həm də dirijor kimi çıxışlar edir.

Aşkenazi 7 dəfə “Qremmi” mükafatına layiq görülüb. Həmçinin də Aşkenazi London Filarmonik Orkestrinin (1987-1994), Klivlend Simfonik Orkestrinin rəhbəri kimi bir çox ölkələrdə konsert çıxışları etmişdir. Haı-hazırda da öz yaradıcılıq fəaliyyətini böyük fəxrlə davam etdirir.

Top