Krevetkalı "Sezar"

Tərkibi (2 pay):
kahı
20 ədəd kral krevetkası (dondurulmuş)
0,5 ç.q. dijon xardalı
1 yumurtanın sarısı
0,5 st. + 1 x.q. zeytun yağı
1 ç.q. soya sousu
6 iri çerri pomidoru
1/3 limonun şirəsi
parmezan
sarımsaqlı çörəklər (zövqə görə)

Sous:
Yumurtanın sarısını kasaya qoyun. Xardal əlavə edin. Eynicinsli kütlə alınanadək çalın. Nazik axınla zeytun yağını əlavə edərək çalın. Limon şirəsi, soya sousu əlavə edərək yenə çalın.

Hazırlanması:
Krevetkaları qovurun. Əgər dondurulmuş krevetkalardan istifadə edirsinizsə, əvvəlcədən onların donunu açın. 1 x.q. zeytun yağını tavada qızdırın, sonra krevetkaları əlavə edərək iti odda 5 dəqiqə qızardın. Krevetkaları «Sezar» salatında həm isti, həm soyuq halda istifadə etmək olar.

Kahı yarpaqlarını əlinizlə doğrayın. Bir qabda sousla qarışdırın. Sonra boşqaba düzün. Üzərinə krevetkaları düzün. Pomidorları 2 yerə bölərək üstünə düzün. Qovrulmuş suxarıları əlavə edin, parmezan pendiri səpin.
Top