Qara gavalı ilə qoyun əti

Ərzaqlar:
1 kq qoyun əti
150 qr qara gavalı (çəyirdəksiz)
1 çubuq darçın (və ya 1 ç.q.)
2 baş soğan — duz, istiot, bitki yağı.

Hazırlanması:
Soğanı uzun-uzun, qara gavalını kiçik tikələrə doğrayın.

Soğanı bitki yağına bir qədər qızardın, tikələrə doğranmış ət əlavə edin, bir neçə dəqiqə qızardın, sonra qapağını örtün, vam odda 10-15 dəqiqə bişirin.

 Qara gavalı, darçın və 100 ml su (və ya bulyon) əlavə edin, vam odda 30-40 dəqiqə bişirin.
Duz, istiot əlavə edin, qarışdırın, yenə 10 dəqiqə bişirin. 5. Masaya düyü ilə verin. Nuş olsun!
Top