Kələm piroqu

Tərkibi:
1,5 stəkan un
300 qr qatıq
3 yumurta
2 baş soğan
1 kök  
600 qr kələm
1 çay qaşığı soda
duz, istiot, bitki yağı (kələmi qızartmaq üçün).

Hazırlanması:
Soğanı xırda doğrayın, kökü sürtgəcdən keçirin, kələmi doğrayın. Soğanı bitki yağında bir qədər qızardın, kök əlavə edin, 1-2 dəqiqə qızardın. Kələm əlavə edin, 15 dəqiqə qızardın, duz, istiot əlavə edin, qarışdırın. 

Xəmir hazırlayırıq: yumurtanı qatıqla çalın, soda, duz və ələnmiş un əlavə edin, yaxşı qarışdırın. Xəmir duru alınır. Formaya xəmirin yarısını tökün, üzərinə kələm qoyun, üzərinə qalan xəmiri tökün. Sobanı qabaqcadan 200 C qədər qızdırın, piroqu təxminən 40 dəqiqə ərzində bişirin.
Top