Harun Yəhya "Qlobal Massonluq"

Harun Yəhya "Qlobal Massonluq"

TAMPLİYERLƏRDƏN QƏDİM MİSİRƏCƏN
Xaçlılar (Səlibçilər)

Masonluğun tarixini araşdıran ekspertlərin əksəriyyətinin fikrincə, onun kökü Səlib yürşlərinə qədər gedib çıxır. Düzdür, masonluq rəsmən 18-ci əsrin əvvəllərində İngiltərədə qurulub, amma əslində onun gizli tərəfləri dediyimiz kimi, 12-ci əsrə gedib çıxır. Həmin dövrdə masonluğun yaranmasında "Tampliyerlər ordeni" adlandınlan Cəngavərlər qurumunun böyük rolu olub. "Yeni Masonluq sistemi" adlı kitabımızda Tampliyerlərin tarixini incəliklərinə qədər vermişik. Buna görə də onlann üzərində çox durmayacağıq. Bu kitabda masonluğun mahiyyətini, dünyaya göstərdiyi təsiri dahà dərindən araşdıraraq, "Qlobal Masonluğ"un nə olduğu-nu ortaya çıxaracağıq.
Bəllidir ki, Səlib yürüşləri (və ya Xaçlı Səfərləri) xristianlıqla nə qədər əlaqələndirilsə də, onların əsasında maddi qazanc əldə etmək niyyəti dayanırdı. Avropanın böyük yoxsulluq və səfalət içində yaşadığı bir dövrdə Şər-qin, xüsusilə də Orta Şərqdəki müsəlmanların rifah və zənginliyi avropalıları cəlb etmişdi. Və elə bu cazibə də xristianların dini simvollarıyla pərdələnərək, Xaçlı Səfərlərinin əsasını qoyub. Buna qədər sözdə sülh və barışı təbliğ edən Xristian dini qəfildən savaş bayrağına çevrilir.
Xaçlı səfərlərini Papa II Urban başladıb. 1095-ci ildə topladığı Klermon Konfransında papa Xristian dininin o vaxta qədər mövcud olan barış doktrinasının dəyişdirildiyini bildirdi və "Müqəddəs torpaqları müsəlmanlardan qurtarmaq" məqsədilə "Müqəddəs Savaş" elan etdi. Bıınıın ardınca isə həm cəngavərlərdən, həm də on minlərlə adi insandan ibarət olan nəhəng bir "Xaçlı Ordusıı" yaradıldı.
Tarixçilərə görə, savaş elan etməkdə Papa II Urbanın məqsədlərindən biri də öz rəqibini  papalığa digər namizədi geridə qoymaq olub. Papanın qərarına həyacanla tabe olan avropalı krallar, şahzadələr, əsilzadələr və digər insanlar əsasında zənginlik həvəsi duran savaş çağırışını qəbul edirlər. "Fransız cəngavarləri dahà çox torpaq istəyir, İtaliya tacirləri yeni və zəngin bazarlar arzulayırdılar... Çoxlu adi insan isə sadəcə, normal yaşamını təmin etmək üçün səfərə çıxmışdı". Bu insanlar yolboyu qarşılanna çıxan xeyli müsəlmanı - hətta yəhudini də, yalnız qızıl və ləl-cəvahirat tapmaq arzusuyla qətlə yetirdilər. Xaçhlar hətta öldürdükləri insanların qarınlarını yırtaraq,onlann "ölməzdən öncə udduqları" qızılı və daş-qaşı axtarırdılar. Onlanrın zənginləşmək həvəsi o qədər böyük idi ki, VI Xaçlı Yürüşündə Konstantinopolu (indiki İstanbulu) yağmalamaqdan belə çəkinməmişdilər, Ayasofyadakı xristian freskalarının qızıl çərçivələrini də söküb aparmışdılar.
Bəli, "xaçlılar" adlandırılan bu qaragüruh xeyli yeri xaraba qoyandan,minlərlə müsəlmanı qıhncdan keçirəndən sonra 1099-cu ildə Qüdsə çatdı.Təxminən 5 həftə çəkən uzun mühasirədən sonra şəhər çökdü və xaçlılarQüdsü tutdular. Bir tarixçinin dililə desək, "rastlanna çıxan bütün ərəbləri və türkləri öldürdülər, kişi-qadın demədən hamını qətlə yetirdilər..." Reymon Agile (Raymund of Aguiles) adlı bir səlibçi bu vəhşəti belə təsvir edir:

- Möhtəşəm hadisələr baş verdi. Bizimkilərin ən mərhəmətliləri düşmənlərinin sadəcə başlarını kəsirdi. Digərləri onları doğrayır, diri-diri oda atıb işgəncə verirdilər. Şəhərin küçələri kəsilmiş başlar, əllər və ayaqlarla doluydu. Yolda onlara ilişmədən getmək mümkün deyildi. Amma bütün bunlar Süleyman məbədində edilənlərin yanında heç nədir. Orada nə olmuşdu? Əgər doğrusunu desəm, inanmazsınız. Sadəcə bunu deyim ki, orada axan qan bizmkilərin dizinə qədər çıxırdı.

Xaçlı ordusu iki gün ərzində Qüdsdəki müsəlmanları bu cür vəhşiliklərlə qırıb-çatdı. Bıından sonra Qüdsü öz paytaxtları elan etdilər və sərhədləri Fələstindən Antakyaya qədər uzanan Latın Krallığını qurdular. Bu tarixdən də xaçlıların Orta Şərqdə məskunlaşma mübarizəsi başladı. Qurduqlan dövləti yaşatmaq üçün onların təşkilatlanmaları lazım idi. Buna görə də xüsusi "hərbi təriqətlər" yaradıldı ki, əvvəllər heç vaxt onlara bənzəyən bir qurum olmamışdı. Bu təriqətlərin üzvləri Avropadan Fələstinə köçərək, orada xüsusi tərzdə monastır həyata yaşayır, eyni zamanda müsəlmanlara qarşı savaşmaq üçün hərbi təlim keçirdilər. Həmin o təriqətlərdən biri digərlərindən tamam fərqli yol tutdu və tarixin inkişafına təsir göstərəcək işlər gördü. Bu, "tampliyerlər" təriqətiydi.

Harun Yəhya "Qlobal Massonluq"

Top