Şir bürcü haqqında

Şir bürcü haqqında

Şir bürcündə doğulanlar bilirlər ki, onlar həmişə diqqət mərkəzindədirlər, anadangəlmə bir nömrəli insaniardır.
Günəş bütün Günəş sisteminin mərkəzi olduğu kimi, Şir də bürclər silsiləsinin mərkəzidir. Şirə Cünəşin bütün keyfiyyətləri xasdır: bunlar istiqanlı, hərarət saçan insanlardır və hamı tərəfindən seviləndirlər. Günəş buludlar arxasından çıxıb tutqun havanı dəyişdirdiyi kimi, onlar da elə təkcə öz mövcudluqlan ilə otağı işıqlandırırlar. Hər hansı bir tədbir və ya məclis Şirin iştirakı ilə daha da gözəlləşir, onsuz isə bir qədər darıxdırıcı olur. Şirlər fitrətən təbii şəkildə qalibdirlər; buna səbəb onların eqoizmi və səxavətidir. Şir bilir ki, o, ən yaxşı insandır. Özünə şübhə, özünütənqid, utancaqlıq və hövsələ ona yaddır. Şirlər özlərinə lazım olduğu kimi hərəkət edirlər. Onlar hər şeydə birinci olduqlarına və ən yaxşı insan hesab edildiklərinə görə özlərinə bəraət verirlər. Arzu etmədikləri bir işi görməzlər. Bununla belə, hamı Şiri sevir. Nəyə görə? Çünki səmimi və səxavətlidir. Onu bir qədər tərifləsələr həvəslə hər şeyini bölüşər.
Şir gözə görünməyi xoşlayır. Ona elə gəlir ki, bütün dünya Şirin gözə görünən gözəlliyini görməlidir. Şir tamamilə haqlıdır: dünya onu görməyi xoşlayır.

Şirlər kimisə aldatmağa və ya alçaltmağa cəhd etmirlər. Bu — onlara lazım deyil, çünki öz qiymətlərinə görə hamıdan yüksəkdə dururlar. Onların özünə olan inamı o deməkdir ki, öz vəziyyətlərinə görə narahat olub qorxmurlar və heç kimin uğuruna qısqanclıqla yanaşmırlar. Elə ona görə da Şirlər çox məşhur və səmimi olurlar, gümrahlıq və nikbinliklə aşıb-daşırlar. Biz Şirə dərin şübhə və kədər içində yaxınlaşsaq, o bizə nə etməyi deyə bilər. Hələ üstəlik, özü əldə etdiyi uğuru bizimlə bölüşər və qazandığımız kiçik tərəqqi üçün bizi tərifləyər. Şirlər bizə hərarət və ümid verirlər; əvəzində biz onları tərifləməliyik. Şirlər — əla təşkilatçılardır. Onlar nə etdiklərini yaxşı bilən insanlardır. Krallar, sədrlər, qubernatorlar, müxtəllf növ rəhbərlər Şir keyfiyyəti və talantına malik olurlar. Əlbəttə, Şirlərin çatışmamazlıqları da olur; onlar özləri nöqsanlarını görmürlər. Biz Şirləri göstərdikləri ifratçılığa görə bağışlayırıq. Onlarla yanaşı olanda o qədər sevinc yaşayırıq ki, xırda çatışmamazlıqlara fikir vermirik. Şirlər öz hərarət və səmimiyyətlərinə uyğun gələn tərəfdaş tapıb onunla uzun müddət, bütün həyatı boyu bir yerdə olmaq qayğısına bir o qədər də qalmırlar.
Şirləri yeganə oiaraq həmişə narahat edən problem vəsait çatışmamaziığıdır. Onların fikrincə, layiq olmadıqları bir həyat səviyyəsində yaşamağa məcburdurlar. Buna baxmayaraq, Şirlər başqa bürclərdəkinə nisbətən daha firavan həyat tərzi keçirirlər; bilmək olmur ki, onlar daha çox qazanırlar, yoxsa ki, pul yığırlar.
Rəmzləri: şir, qu quşu.Şir bürcü-Leo
Rəngləri: məxməri, qızılı, narıncı, al, qara.
Rəngləri: kəhrəba, xrizolit, topaz, yaqut, oniks (damarlı əqiq), almaz, esmerald.
Metalları: qızıl.
Çiçəkləri: pion, gülünbahar, qladiolus (qarğasoğanı), xrizantem (payızgülü).
Anatomik emfazası: ürək, toxumalar, arteriyalar, gözün torlu qişası, sidik kisəsi, revmatizm.
Tilsimləri: parabüzən, şir, qartal.
Xoşbəxt rəqəmləri: 1, 5, 9, 11.
Uğurlu günləri: bazar.
Uğursuz günləri: şənbə.
Ölkələri: Fransa, CAR, İtaliya, Çexoslovakiya, Arktika, Antarktida, Siciliya.
Saturnun təsiri altında 23 iyul — 3 avqust arasında doğulanlar — güclü, mistik, çılğın, təkliyi və məcburiyyəti sevməyənlər olurlar.Mühüm illəri: 19, 39, 57, 76.
4-12 avqust arasında Yupiterin təsiri altında doğuianlar xarakterinə görə vasvası, mühakimə qabiliyyətli, öcəşkən, hesabı və mərasimləri xoşlayan olurlar.Mühüm illəri: 1 9, 36, 40, 57, 76.
Marsın təsiri altında 13-23 avqustda doğulanlar güclü, hökmlü, hakimiyyəti və əmr etməyi xoşlayan olurlar. Ağıl güc ilə birləşir. Orduda uğur qazanırlar.Mühüm illəri: 15, 19, 30, 35, 36, 57, 60, 76.

Şir bürcü və sevgi


Kişi
Kişi — Şir gözləyir ki, o harada-olursa olsun ona diqqət yetirəcəklər. Qadıniarı cəlb edir, başqa kişilər isə buna qısqanırlar. Gözəl qadınları sevir, lakin onların ucadan danışmaqlarını və al-əlvan geyimlərini xoşlamır. O, havada olmağı, xüsusilə gündüz vaxtı bürcünü idarə edən Günəş görünəndə gəzməyə çıxmağı xoşlayır. Tez-tez uğur qazandığ ı idman yarışlarını sevir; çox vaxt məğlubiyyətdən canını qurtara bilir və ən azı qalib kimi görünməyi bacarır. Şir ekspansiv (həddən artıq ürəyi açıq), səxavətli, ünsiyyətcil və şəndir. Təm-təraqdan zövq alır və özünə məxsus olanı ən yaxşı hesab edir.Şir yarımçıqhqları sevmir. Döyüşə girirsə, deməii müharibə aparacaq. Eşq macərası başlayıbsa, alışıb tonqala çevriləcək.
O, həyatda və sevgidə oyunçudur; taleyin əksinə getməyi ağılsızlıq hesab etmir, hiss edir ki, qalib gələcək. Şir açıq təbiətli yaxşı dostdur. Kişilər onunla yoldaşlıqdan razı qalırlar; qadınlar isə çılğınlıq və inadkarlığına görə sevirlər. Qeyri-adi qabiliyyətləri var, adətən məşhur oiur. Ehtiyac olsa, sevdiyi insanlara görə risk edə bilir. Hətta onunla yola getməyən insanlar da Şiri uzaqdan-uzağa sevir. Özü haqqında yüksək fikrini qoruyub saxlamaq üçün çox şeyə gedib insanların rəğbətini qazanmaq istəyir. Özü haqqında yüksək fikir — onun ən zəif yeridir; xoş sözləri və yaltağlığı məmnuniyyətlə qəbul edir. Şir daim vurulur; eşq macərası — onun həyat tərzidir. O, yalnız heyranlığını qazandığı və gözəl varlıq olan qadını tapıb evlənir. Şirlər arasında subaylar çox azdır. Qadınlar barədə düşüncüləri çox da yaxşı deyil. Doğrudur, xüsusilə yüngül əxlaqlı qadınlara nifrət edirlər, lakin asanlıqla onların qurbanı olurlar; əsas səbəb də həmin pozğun qadınların Şirlərin şöhrətpərəstliyindən yaxşı istifadə edə biimələridir.Şir işə səliqəsiz və diqqətsiz yanaşır. Zahiri və ani effektlərlə özünü işə canyandıran göstərir.
Şir qısqancdır. Qorxur ki, özündən səviyyəcə aşağıda duranlarla yarışa girməyə məcbur olar. Çalışın onda qısqanclıq oyanmasın; sonu pis qurtarar.
Qadın
Qadın — Şir daima göz qabağındadır — zərgər dükanındakı vitrində gözəl daş-qaş kimi yoldan keçənləri heyran edir. Mühüm ictimai tədbirdə o, ən gözəl bəzək olacaq.
Özü heç də həmişə vurulmur, lakin ona heyranlığını bildirən kişiyə bir növ seks sata bilir; əsas qazancı isə yüksək qiymətləndirilməsindən aldığı məmnunluq hissidir. Şir öz kişi tərəfdaşının yeganəsi olmalıdır, lakin özü yeni qurbanlar seçməkdə azad qalır. Qadın — Şirlər ən məşhur ovçudurlar. İnsanları sevir, lakin eqoistcəsinə. Üstün olmağa can atır, şöhrətpərəstdir, ancaq xeyirxahdır — xaraktercə ziddiyyətli olub özgə problemlərini yalnız öz «mən»i prizmasından qavrayır. Səbirsiz, gözlənilməz və cazibədardır. Emosiyaları adətən üzdədir. O tez-tez vurulur, lakin nadir hallarda sevir. Başqasına tabe olmaq qabiliyyəti yoxdur. Formada olması üçün dəyişiküklər lazımdır, lakin intizamsız xarakterinə görə buna çətinlik çəkir, ona görə də çıxılmaz vəziyyətdə qalir. Tez-tez iki kişini üzbəüz qoyaraq «sevgi üçbucağı» yaradır; yalnız diqqət mərkəzində özünü xoşbəxt hesab edir. Çox şeyə baş qoşur. Heç nədən özünə problemlər yaradır. Məyusluq və bədbəxtlik hallarını aktrisa kimi oynayır. Pula münasibətdə bədxərcdir. Onu maddi cəhətdən təmin edən tərəfdaşa üstünlük verir; bərbərə getməyi, daş-qaşı, xəzi xoşlayır. İstəyir ki, həmişə kişilər onu səmada günəş kimi görsünlər. Sevməsə də məqsədinə çatmaq üçün flirtə gedir.

Şir bürcünün uyğunluğu


  1. Şir — Qoç: Onlar uyğun gəlirlər, çünki hər ikisi seksdə maraqlıdırlar, ehtiraslı xarakterləri var. Lakin Qoçun liderlik istəyi ilə Şirin əmr etmək arzusu toqquşur və barışmaz konflikt yaranır. Onların fiziki oxşariığı çox böyükdür, elə ona görə də problemləri həll edə bilirlər. Sevinc dolu əlaqə, əla nikah.
  2. Şir — Buğa: Romantik başlanğıc müharibayə çevrilə biiər. Hər ikisi ifrat dərəcədə tərsdirlər və yarışmanın partlayışla qurtarması rnümkündür. Heç də pis olmayan seksua! əlaqə gözlənilir, lakin ekstravaqant Şiri Buğanın təzyiqləri yaralaya bilər. Uzunmüddətli münasibətiərin olması ehtimal ediləndir.
  3. Şir- Əkizlər: Əkizlərdə kifayət qədər ağıl var ki, Şiri daim heyran etsinlər. Şjrə xəyanətlər xoş gəlmir. Əkızlərin qılığı, yola getməsi münasibətləri saxlamağa kömək edəcək. Şir Əkizləri sevir, lakin əlaqələrində bir qədər üstündür, çünki daha güclü şəxsiyyətdir. Xoş əlaqə, yaxşı nikah.
  4. Şir — Xərçəng: Daha ciddi əlaqələrə meyl edən Xərçəngdən fərqli olaraq Şir daha çox təsadüfi munasıbət üzərində köklənib. Xərçəng seksual əlaqədən daha artıq olanı istəyir: diqqət, qayğı, məhəbbət. Şir buna hazırdır, lakin əvəzində Xərçəngin pərəstişini əldə etməlıdır. Əks təqdirdə qarş.lıqlı anlaşma proqnozu qörünmür.
  5. Şir — Şir: Hər yerdə olduğu kimi, yataqda da Şir yalnız özü haqqmda düşünür. Sual belədir: İki «mən» bir «bız»ə çevrilə bilərmi? Hər ikisi olduqca romantik və seksual cəhətdən uyuşandırlar. Onlar kral və kraiiçə tımsallı olub bir-birinə çox münasib sevgilidirlər.
  6. Şir — Qız: Şir Qızdan daha çox seksualdır; bu, yataqda problemlər yarada bilər. Şirin ekstravaqantlığı da mühafizəkar Qızda xəstə bir reaksiya oyadır Qıza əmr olunanda xoşu gəlmir; Şir isə ancaq bununla məşğuldur. Qız tənqid etmək istəyəndə Şir «nərildəyir». Çox qısamüddətli əlaqə mümkündür. Nikahdan danışmağa dəyməz.
  7. Şir — Tərəzi. Tərəziyə nisbətən Şirin seksə münasibəti daha fiziki və müstəqim xarakter daşıyır. Lakin Tərəzi də ehtirasa qadir olduğuna görə onlar vaxtlarını xoş keçirə bilərlər. Həyata yüngül yanaşan Tərəzi unutrnamalıdır ki, o, Şirə xüsusilə yataqda öz heyranlığını bildirməlidir. Həddən artıq səmimi olmaq lazım deyil. Şirə öz əhval-ruhiyyəsinə nəzarət etmək məsləhət olunur. Bu halda yaxşı və sürəkli əlaqə mümkündür.
  8. Şir — Əqrəb. Şamlar, təmtəraq, köpüklənən şərab -bütün bunlar yataqdakı mümkün problemləri yumşalda bilər. Əqrəbin qısqanclığı Şiri təhqir edir. Əqrəbdə Şir üçün çox zəruri olan hörmət və heyranlıq çatışmır. Əqrəbdə mülkiyyətçiliyə meyl var, Şir buna dözmür; hər biri üstün olmaq istəyir. Əlaqə xoş ola bilər, lakin nikah bağlamaq məsləhət deyil.
  9. Şir — Oxatan: Hər ikisi macəralara meyllidirlər və məhəbbətə də beiə yanaşırlar. Onlar ehtiraslı olub tərəfdaşını incitmədən öz seksual istəkləri ilə məşğuldurlar. Oxatan Şiri həvəsləndirir və ruhlandınr, Şir isə Oxatanda bu bürcün qadir olduğu maksimum sədaqət hissini oyadır. Əlaqə gözəldir və xoşbəxt nikah təminatı var.
  10. Şir — Oğlaq; Praktik Oğlaq Şirin nikbin xarakterini cilovlayır. Onlar bir-birindən kəskin fərqlənir. Şirin parlaqlığı bu əlaqədən sönə bilər. Oğlaq Şir kimi romantik və sevgi dəlisi deyil, lakin həddən artıq tələbkar ola bilər. Şirin ekstravaqantlığı Oğlaqı əsəbiləşdirir. Əlaqə mümkündür, lakin nikahın uğurlu olması üçün hər ikisi çalışmalıdir.
  11. Şir-Dolça: Dolça Şirin seksual fərdişyini bəzəyir və sevgi ilə məşğuliyyəti daha çox cəlbedici edir. Dolçanın analizə meyli Şirin inamını qırır. Bundan başqa Dolçanın qeyri-ortodoksallığı yataqda Şirin sinirlərinə təsiri göstərir. Qısamüddətli əlaqə mümkündür, nikah qeyri-realdır.
  12. Şir — Balıqlar: Fəal, ekspansiv Şir utancaq Balıqları başa düşmür, onlann yataqdakı davranışının səbəbini açmağa çalışmır. Hər ikisi verməkdən daha çox almağa meyllidirlər. İlkin maqnetik sevgi son nəticədə ayrılığa aparır. Balıqlar — daha zəif bürcdür, onlann qeyri-qənaətbəxş ambisiyaları Şiri narahat edir. Baiıqlar qəm-qüssəyə düşəndə Şirin qüruru ona imkan vermir ki, dərdə şərik olsun. Mürəkkəb əlaqə və əslində uğursuz nikah.

Şirlərin Sağlamlığı


Səhhəti yaxşıdır, qeyri-adi həyati davamlılığı var. Onlar hədsiz dərəcədə olan müqavimət qabilliyyətlər ilə seçilirlər.
Ən zəif yerləri — ürəkdir. Buradan da qan dövranında zəifliklər yaranır: anemiya, leykemiya, artrit, angina, əsəb depressiyaları, qansızması, podaqra, flebit
Xüsusilə gözün torlu qişasında xəstəliklər, spazmalar, aşağı ətrafların qanqrenası, çillər və günəşdən yanmalar.Xəstəliklər adətən qısamüddətli, lakin kəskin və yüksək hərarətli olur. Şirlər günəş aftında yetişən bütün müalicəvi vasitələrə daha yaxşı reaksiya verirlər: çaykolu, gavalı, sarımsaq, meyvə, vitaminlər.Şirlər üçün əsas olan — enerjinin balanslı məsrəfidir; həddən artıq papiros çəkməkdən və alkoqoldan istifadə etməkdən qaçmaq lazımdır. Böhran yaş dövrü -təxminən 50 yaşdır.

Karyera və Şir burcu


Şiriər lap erkən yaşlarından peşə seçimi zərurətini dərk edirlər. Hər şeyi karyeraya qoyurlar. Onlar tabelikdə olmağı xoşlamırlar. Məsuliyyətə can atırlar. Yorulmazdırlar. Birinci olmaq istəyirlər. İşdə hətta Buğanı ötürlər. Onlar incəsənətdə, zehni əməkdə, sahibkarlıqda özlərini göstərirlər. Siyasət, mədəniyyət, şou-biznes və bədən tərbiyəsi Şirlərin peşə sahələridir. Onlardan zərgər, taksi sürücüsü, diplomat, artist, rejissyor, prezident, sədr və s. çıxır
Top