Tərəzi (24 sentyabr - 23 oktyabr)

Tərəzi (24 sentyabr - 23 oktyabr)

Hava işarəsidir. Veneranın himayəsi altındadır. Xasiyyəti yumşaq, zəkası aydındır. Bu işarə altında dünyaya gələn adamlar təmkinli olmaları ilə fərqlənirlər. Venera sevmək qabiliyyətini, zəriflik və incəliyi onlara səxavətlə bəxş edir. Hətta xəstəlik və ya bədbəxtlik üz verdikdə də. TƏRƏZİ həyatın nəbzini asanlıqla tutur. TƏRƏZİ dava-dalaşı, qanqaralığını, gərginliyi xoşlamır. Rahatlığı dünyada hər şeydən üstün tutur. Çox vaxt bəxti gətirir. Xoş rəftarına, nəzakətinə, şux və mehriban xasiyyətinə görə cəmiyyətdə sevilir. Bunlar əla vəkillər, diplomatlar, ticarətçilər, aktyorlar və inzibatçılardır.
QADIN-TƏRƏZİ. Biz əsl qadın incəliyi ilə ikinci dəfə rastlaşırıq. Veneranın hamiliyi sayəsində bu qadınlar füsunkar, nəvazişli və şıltaqçı olurlar. Onlar yuxudan gec durmağı xoşlayır, zinət şeylərini, bər-bəzəyi, ləziz xörəkləri sevirlər. Onların başlıca, məşğuliyyəti məhəbbətdir. Sevmək və sevilmək onların yeganə arzusudur. Məzəmməti, dava-dalaşı, gərginliyi xoşlamırlar. Kiçicik ziddiyyətə rast gəldikdə hiddətlənir və göz yaşı tökürlər. Ərköyün, xudpəsənddirlər, lakin uşaq kimi mehriban və xeyirxahdırlar.

İşarələrin qarşılıqlı münasibətləri:
TƏRƏZİ üçün ƏKİZLƏR, ŞİR, OXATAN, DOLÇA və QOÇ ilə ittifaq uğurludur. OĞLAQ, XƏRÇƏNG və BUĞA ilə ittifaq o qədər də uğurlu deyildir, lakin burada TƏRƏZİNİN xoş xasiyyəti taleyin hökmünə qalib gələ bilər. OĞLAQ işarəsi ilə işdə əməkdaşlıq uğurludur. BALIQLARLA dostluq uğurludur.
Top