Dəlidən doğru xəbər

Dəlidən doğru xəbər

Şərqin məşhur şairlərindən biri çəmənlikdə oturub şərab içərkən onun yanına bir dəli gəlir.Əylənmək məqsədilə dəlini kefli etmək fikrinə düşən şair özü ilə birlikdə çaxır içməyi dəliyə təklif edir.Dəli təəccüblə şairə baxıb deyir:

-Sən çaxırı mənə oxşamaqdan ötrü içirsən,bəs mən kimə oxşamaq üçün içməliyəm?

Gözlənilməyən bir adamdan ağıllı,yerində söylənmiş fikir eşitdikdə bu məsəl işlədilir:dəlidən doğru xəbər

Mənbə: “Rəvayəti ifadələr” kitabı,B.A.Hüseynov


Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.

Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.

 

Top