Qarğıdalı yağı

Qarğıdalı yağı

Qarğıdalı yağı çox işlədilən və ucuz yağlar içərisində ən xeyirlisidir. O, mineral maddələrlə, kalium, fosfor, kalsium, maqnezium duzları ilə zəngindir. Bundan əlavə, onun tərkibinə doymamış yağ turşuları omeqa-6 və omeqa-3 daxildir. E vitamini isə onun tərkibində zeytun yağına nisbətən 10 dəfə çoxdur. Qarğıdalı yağı əzələləri möhkəmləndirir, orqanizmin müqavimətini artırır. O, bişirilərkən kanserogenlər əmələ gətirmir, köpüklənmir və yanmır. Bu baxımdan ətin, balığın, tərəvəzlərin qızardılması və pörtlədilməsi üçün yararlıdır.

Aterosklerozun profilaktikası üçün gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 x.q. qarğıdalı yağı yemək xeyirlidir.

Xolesistit, öd yollarının durğunluğu zamanı: gündə 2 dəfə yeməkdən yarım saat əvvəl 1 x.q. qarğıdalı yağı qəbul etmək məsləhətdir.

Qaraciyər xəstəlikləri zamanı: gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 2 x.q. qarğıdalı yağını 1 x.q. təzə limon şirəsi əlavə edərək qəbul edin.

Əgər siz piylənmədən əziyyət çəkirsinizsə, xörəkləri yalnız qarğıdalı yağında hazırlayın.

Kosmetoloqlar qarğıdalı yağını üzdəki qırışlara qarşı gözəl vasitə hesab edirlər: gündə 2 dəfə 1 ç.q. qarğıdalı yağı və balı yumurta sarısı ilə qarışdırın, üzünüzə çəkin, 20 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun. Kurs müalicə 10 gündür.  

Hazırladı: S. Aytən
Mənbə: İqtisadiyyat qəzeti
Həmçinin bax:
Qarğıdalı
Top