Çayın dəmlənməsi

Çayın dəmlənməsi

Çayın dəmlənməsi üçün ideal müddət 30 dəqiqədir
Loughborugh Universitetində 2 ay davam edən araşdırmalar nəticəsində ləzzətli çayın sirri tapılıb. Araşdırmalara görə, ləzzətin sirri çayın dəmlənmə müddətindədir. Elm adamları çayın dəmlənməsi üçün ideal müddətin 30 dəqiqə olduğunu hesab edirlər. 

Türkiyənin "Vatan" qəzeti ləzzətli çayın dəmlənməsi üçün lazım olan tövsiyələri təqdim edir.

- Çaydan metal deyil, keramikadan olmalıdır.

çay içməyin kefini yaşayın- Su qızdırıcısının qaynanmasını gözləyərkən keramik dəm çaynikini isidin. 
- Stəkanın dörddə biri qədər suyu dəm çaynikinə töküb mikrodalğada 1 dəqiqə ən yüksək səviyyədə isidin. 
- Müddət başa çatan kimi suyu boşaldıb çayı əlavə edin. 
- 60-65 dərəcədə dəmlənmiş çayın içilə bilən istiliyə düşməsi üçün 2-3 dəqiqə kifayətdir.

SU

- Çay dəmləyərkən istifadə edilən su təmiz və keyfiyyətli olmalıdır.
- Daha əvvəldən isidilmiş su istifadə edilməməlidir.
- İstifadə edilmiş su, daha az həll edilməmiş oksigen saxladığından çayın ətrini pozar.

ÇAY

- Əsl çay ətri üçün təzə yarpaq çaydan istifadə edilməlidir. 
- 1 çay qaşığı çay yarpağı, bir fincan çay üçün uyğundur.

Top