Mini alman tortu

Mini alman tortu

Lazım olan ərzaqlar:
2 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan süd
1 stəkan duru yağ
1 stəkan su
10 qram maya
1 desert qaşığı mahlep
5 stəkan un
1 paket vanil

Krem üçün:
4 stəkan süd
5 xörək qaşığı un
1 stəkan şəkər
1 paket vanil
1 paket krem şanti
2 ədəd banan

Üzərinə:
Pudra şəkəri

Hazırlanması:
Xəmiri hazırlamaq üçün quru ərzaqları bir qaba töküb qarışdırın. Ortasına bir çuxur açıb süd, isti su və duru yağı əlavə edin. Yumurtaları qırdıqdan sonra yoğurun. Üzərini bağlayıb yarım saat mayalandırın. Mayalandıqdan sonra istədiyiniz böyüklükdə dairələr düzəldin və yağlı kağız sərdiyiniz sinilərə düzün. 15 dəqiqə gözləyəndən sonra 180 dərəcədə öncədən isitdiyiniz sobada bişirin.

Hazır olandan sonra qoyun soyusun. Krem hazırlamaq üçün vanil və krem şanti xaric, bütün ərzaqları qazana tökün. Davamlı qarışdıraraq bişirin. Ocaqdan götürdükdən sonra ara-ara qarışdırmağa davam edin. Soyuduqdan sonra vanil və krem şantini əlavə edib mikserlə çırpın. Bişirdiyiniz xəmirləri iki yerə bölüb aralarına krem sürün. Dilim-dilim kəsdiyiniz bananları üzərinə düzün. Sonda üzərinə pudra şəkəri ələyin. Nuş olsun!
Top