Xalqların müxtəlif süfrə qaydaları

Xalqların müxtəlif süfrə qaydaları

Rusiya
Yeməyə qonaq olduğunuzda, qabınızda bir parça yemək buraxmaq Rusiyada bir nəzakətlilik göstəricisi sayılır. Ayrıca süfrədə şən olmaq və mübahisə yaratmamağa da əhəmiyyət verilir. Bir başqasının qabına gözünüzü tikib baxmanız, əslində yalnız Rusiyada deyil, heç bir ölkədə doğru deyil və əlbəttə masadan qalxmadan əvvəl yeməyi bişirən adama bəyəndiyinizi  bildirmək çox nəzakətli bir davranışdı.

Filipin
Yemək masasındakı mövqenizi təyin edən ev sahibi, yemək xidmətini də mütləq özü etmək istəyir. Sizə isə təqdim etdiyi heç bir şeyi rədd etməmək və mütləq dadına baxmaq düşür. Yeməyinizi bitirdikdən sonra, çəngəl və bıçağınızı qabınızın üstünə açıq bir şəkildə qoymalı və yemək masasını yığışdırarkən  ev sahibinə kömək etməlisiniz.

Pakistan 
Pakistanlılar hər yeməkdən əvvəl mütləq Allahın adını anarlar və yeməyə əsla ailənin, ya da qonaqların ən böyüyü masaya oturmadan başlamazlar.
Pakistanda yemək yeyərkən səs çıxarmaq çox ayıb sayılır, buna görə tikələrinizi səssiz şəkildə çeynəmək lazımdır. Yeyilməzdən əvvəl mütləq kiçik parçalara ayrılan çörək isə yalnız sağ əldə tutulur.

Yaponiya
Yaponiyada bir evə yeməyə dəvət edildiyinizdə, başlamadan əvvəl ev sahibinin sizə 3 dəfə yeməyə başlaya biləcəyinizi söyləməsini gözləməlisiniz. İçki xidməti masada yaşca ən kiçik adam tərəfindən, yaşca ən böyük olana xidmət edilərək başlanar. Son olaraq isə ən böyük adam, ev sahibinin içkisini qoyar. Yemək yeyərkən çəngəl bıçaq istifadə etməyən Yaponlar, bunların yerinə istifadə etdikləri chopstickləri üstündəki qalıqları atmaq üçün bir-birinə sürtə bilməzlər çünki bu ev sahibinə qarşı kobudluq hesab edilir. Masada qablara xidməti yalnız qadınlar edir və kişilər bu işə heç qarışmırlar. Yaponlarda isti noodle yeyilərkən ağız şapırdatmak ayıb sayılmır çünki ağıza daxil olan havanın noodlesi daha ləzzətli etdiyinə inanırlar.

Tanzaniya
Tanzaniyada yeməyə erkən getmək çox kobud bir davranış hesab edilir, yeməyə ümumiyyətlə deyilən saatdan 15-20 dəqiqə daha gec gedilir. Və əgər yemək yerdə yeyilirsə, ayaqlar həmişə arxa tərəfdə saxlanır, əsla önə uzadılmır.

Çin
Yaponlar kimi yemək yeyərkən chopstick istifadə edən Çinlilər, bu çubuqların iti olmayan tərəflərini xidmət qabından öz qablarına yemək götürmək üçün istifadə edirlər və bunu edərkən də onlara ən yaxın uzaqlıqda olan parçanı götürürlər yəni aralarından gözəl olanı seçməyə cürət etməyəcək qədər nəzakətlilər.

Hindistan
Hər yeməkdən əvvəl və sonra əllərini mütləq yuyan Hindlilər, sağ əlləri ilə yemək yeyərkən sol əllərini ortaq yeməklərin dəyişdirərkən istifadə edirlər. Hindistanda qabda yemək saxlamaq çox kobud bir davranış olaraq qəbul edilir və yemək masası ancaq hər kəs yeməyini bitirdikdən sonra tərk edilə bilir.

Top