Alma sirkəsi

Alma sirkəsi təbii məhsul olduğuna görə onun güclü təsirə malik olmasına şübhə ola bilməz. Alma sirkəsinin tərkibində mikrobları və bakteriyaları öldürmək qabiliyyətinə malik olan çoxlu bioloji aktiv maddələr var. Kokosun yetişdiyi tropik ölkələrdə bir çox müxtəlif problemlərdən xilas olmaq üçün kokos yağından istifadə edirlər. Bizim bu məqsədlə istifadə etmək üçün isə ən qiymətli məhsulumuz təbii yolla hazırlanmış alma sirkəsidir.

1. Boğaz ağrısı əleyhinə
¼ stəkan alma sirkəsi 1 stəkan isti suda qarışdırılır. Bu qarışımla boğazı qarqara etmək ağız boşluğunda və boğqazda olan zərərli mikrobların məhv olmasına səbəb olur.

2. Qıcqırma əleyhinə
1 çay qaşığı alma sirkəsini az miqdarda suda qarışdırıb içmək qıcqırmanın aradan qalxmasına səbəb olur. Bu maddə təbii antasid təsirə malikdir.

3. Burun tutulması əleyhinə
Sizdə soyuqdəymənin ilkin əlamətləri meydana çıxan zaman bir stəkan suya 1 çay qaşığı alma sirkəsi qarışdıraraq içsəniz bu, əlamətlərin azalmasına səbəb olacaq. Alma sirkəsinin tərkibində A, B1, B2,B6, C vitaminləri, alma, süd, limon sirkəsi var. Bu maddələr burun və ağız boşluğunun selikli qişasında olan şişkinliyi aradan qaldırır, burun tutulmasının qarşısını alır.

4. Kəpək əleyhinə
Alma sirkəsi saçları möhkəmləndirir, onları həcmli və parlaq edir.Alma sirkəsi həm də saçları kəpəkdən təmizləmək qabiliyyətinə malikdir. Bunun üçün ¼ stəkan alma sirkəsini ¼ stəkan isti su ilə qarışdırılaraq saçları yuyub duruladəqdan sonra saçlara tökmək lazımdır. Sirkəni saçlara sürtüb 15 dəqiqə saxladıqda isə baş dərisi kəpəklərdən xilas olur.

5. Qıcolma əleyhinə
Adətən qıcolmalar kalium çatışmazlığı səbəbindən baş verir. 2 xörək qaşığı sirkə və 1 çay qaşığı balı isti suda qarışdıraraq alınan məhlulu içmək orqanizmin kaliuma olan ehtiyacını ödəyir. Bunlardan əlavə alma sirkəsinin tərkibində maqnium, dəmir, fosfor, mis və kükürd var.

6. Dəri qaşınmaları əleyhinə
Dəri qaşınması zamanı qaşınan yerə alma sirkəsi sürtmək əlaməti aradan qaldırır. Bunun üçün pambıq tamponu sirkəyə batırıb qaşınan nahiyəyə sürtmək lazımdır. Sirkə antibakterial və mikrob əleyhinə təsirə malik olduğu üçün ondan dərinin müxtəlif xəstəlikləri zamanı da istifadə etmək çox faydalıdır. Sirkə dəri xəstəliklərinin aradan qalxmasına səbəb olur.

7. Xal əleyhinə
Virus səbəbli meydana gələn xallardan xilas olmaq üçün davamlı olaraq bir-neçə gün xalı sirkə ilə silmək lazımdır. Proseduru tətbiq etsəniz faydasını mütləq görəcəksiniz.

8. Ayaq iylənməsi əleyhinə
Hər axşam sirkə əlavə edilmiş isti su ilə ayaqları vanna etmək tərləmənin, göbələk xəstəliklərinin və ayaq iylənməsinin aradan qalxmasına səbəb olur. Sirkə öz antimikrob təsiri ilə dabanlarda olan göbələk xəstəliyinin də sağalmasına səbəb olur.

9. Qarında olan köp əleyhinə
Qarında olan köpü aradan qaldırmaq üçün yeməkdən əvvəl suya az miqdar sirkə qatıb içmək lazımdır. Bu həzmin normallaşmasına, maddələr mübadiləsinin yaxşılaşmasəna və bağılrsaqların yaxşı işləməsinə səbəb olur.

10. Evdə olan pis qoxu əleyhinə
Pulverizatora su və az miqdar sirkə əlavə edib evin müxtəlif yerlərinə püskürtmək qoxunun aradan qalxmasına səbəb olur.

11. Kir əleyhinə
Sirkə vasitəsilə kirləri, ləkələri, kiflənməni, santexnik alətləri təmizləmək mümkündür. Sirkə bir çox kirin öhtəsindən gələ bilən ən ucuz kimyəvi maddədir.

12. Boru tutulması əleyhinə
Bir stəkan sirkəni yarım stəkan soda ilə qarışdıraraq tutulan boruya tökdükdə boru açılır və pis qoxu aradan qalxır.

13. Kif əleyhinə
Hamam otağında olan kiflərdən sirkə vasitəsilə xilas olmaq mümkündür. Paltaryuyan maşına da sirkə əlavə edərən yığılıb qalmış su səbəbindən əmələ gələn kifdən xilas olmaq mümkündür. Alma sirkəsi istənilən yerdə olan kiflərin öhdəsindən gəlmək qabiliyyətinə malikdir. Ağ pərdələri yuyan zaman sirkədən istifadə etmək pərdələrin əvvəlki kimi ağ rəngə düşməsinə səbəb olur.

14. Paltarlarda olan qırışlar əleyhinə
Suya 1:3 nisbətində sirkə əlavə edib pulverizatorla püskürdərək qırışları asanlıqla aradan qaldırmaq mümkündür. Püskürdülmüş maddə buxarlandlıqda qırışlar aradan qalxır.

15. Mebeldə olan ləkələr əleyhinə
Mebellərdə, xalçalarda və parçalarda olan ləkələri sirkənin köməyi ilə aradan qaldırmaq mümkündür. Sirkə bütün lıəkələrin öhdəsindən gəlmək qabiliyyətinə malikdir. Paltar və xalçalarda olan ləkələri aradan qaldırmaq üçün eyni miqdarda sirkə və duz qarışımından istifadə edilir. Sirkə ən gözəl təmizlik vasitəsidir.
Top