Valideyn tək uşağı necə tərbiyə etməlidir?

“Mühitində olmağını təmin edərək inkişafını dəstəkləyir. Ailənin tək uşağı olmağın həm üstün, həm də mənfi cəhətləri var. Tək uşaq bacı-qardaşlar arasında olan yarış və qarşıdurma vəziyyətlərini yaşamadığına görə, akademik olaraq daha uğurlu ola bilər.

Ancaq tək uşaq yetkinlikdən əvvəlki dövrdə bəzi mövzularda ailədə bacı-qardaş əksikliyinin hiss edə bilər. Nəticə olaraq tək uşaq olmaq əksər hallarda müsbət nəticələr göstərir. Tək uşaq bacı-qardaşı olan uşaqlarla müqayisədə o qədər də fərqli deyil. Əslində uşağın tək olması yox, onun böyüyüb tərbiyə olunması əhəmiyyətlidir”.



Bu sözləri psixoloq Aytən Ələkbərova deyir. Mütəxəssis bildirir ki, bacı və ya qardaşın olmasından çox, ata-ana ilə övlad arasındakı münasibətlər, uşağın onları necə qəbul etməsi, sözə qulaq asması və ya asmaması, valideynin ona qarşı səbirli olub-olmaması uşağın psixi sağlamlığı baxımından daha əhəmiyyətli yer tutur:

“Ailənin tək övladı ilə tək uşaq olaraq deyil, sadəcə uşaq olaraq davranmaq lazımdır. Yaddan çıxarmaq olmaz ki, uşaq tək olduğu üçün qoruduğunu hiss edə bilər. Yaşına uyğun qaydalar qoymaq və bunun davamlı şəkil almasına nail olmaq – uşaq qaydalara əməl edəndə onun xoşbəxtliyini yaşayacaq. İstədiyini anındaca yerinə yetirməsi uşağın formalaşmasına mənfi təsir göstərir. Onun istəklərinin yaşına və valideynərinin düşündüklərinə uyğun çərçivədə olmasına çalısmaq lazımdır.

Bağçaya göndərmək imkanı olmayanda uşaqlı ailələrlə görüşüb onların bir yerdə olmasına, müxtəlif oyunlarda iştirak etməsinə, araların dostluq münasibətləri yaranmasına şərait yaradılması uşağın tərbiyə və formalaşmasında müsbət rol oynayır. Uşağın imkanlarından artıq şey gözləmək düzgün deyil. Həmişə mükəmməl olmağa çalışmaq uşağı yorar və onda uğursuzluq qorxusu yaradar. Uşağa danışmaq, öz sözünü demək hüququ vermək olar, lakin son qərarı onun verəcəyi haqqında düşüncə yaratmaq lazımdır. Altevnativlərin təklifi uşağın onlardan birini seçməsinə imkan yaratmalıdır. Geyinib-soyunma, qidalanma və təmizlik işlərində uşağa sərbəstlik vermək lazımdır. Evdə məsuliyyətli olmasına və valideyndən aslı olmadan öz ehtiyaclarını ödəməsinə çalışmaq lazımdır”.

gencaile.az
Top