Jordan Belfort: “The Wolf of Wall Street” müəllifinin həyatı

Jordan Belfort: “The Wolf of Wall Street” müəllifinin həyatı

Jordan Ross Belfort – (9 iyul 1962) amerikalı motivator natiq və keçmiş brokerdir. O qiymətli kağızlar bazarında manipulyasiyalar ilə əlaqəli fırıldaqda və ucuz səhmlərlə ticarət təşkil etməkdə ittiham edilmiş və 22 ayı həbsdə keçirməyə məcbur olmuşdu. 

Belfort Bronksda yəhudi ailəsində dünyaya gəlib. Onun valideynləri Maks və Liya Belfort mühasib idilər. Anası daha sonradan hüquqşünas olmuşdu. Jordan Belfort Bayside-da böyüyüb, Vaşinqtonda Amerika universitetini bitirmiş, həmçinin bir müddət Baltimorda stomatoloji cərrahlıq kollecində təhsil almışdır. O kolleci dekanın “stomatologiyanın “qızıl dövrü” artıq geridə qaldı və bura artıq çox pul qazanmaq yeri deyil” deməsində sonra tərk edir.

Belfort öz broker karyerasını L.F. Rothschild şirkətində başlamışdır. O 1990-cı ildə telefonla ucuz səhm satışı ilə məşğul olan Stratton Oakmont şirkətini yaradır. Şirkət investorları fırıldaq müqavilələrə cəlb edirdi. Belfort bu illər ərzində “gözəl” həyat tərzi sürür, həmçinin metakvalondan asılılığa düşür. Stratton Oakmont ştatda 1000-dən artıq əməkdaşa sahib idi və ümumi dövriyyəsi milyard dollardan artıq olan əməliyyatlar icra edirdi. 1990-cı ildə hüquq-mühafizə orqanları üçün əsas hədəfə çevrilmiş şirkət 2000-ci ildə “Boiler room” və 2013-cü ildə “The Wolf of Wall Street” filminin çəkilməsinə səbəb olur.

Alabama ştatının qiymətli kağızlar üzrə komissarı Jozef Borq ofisə brokerlərlə bağlı daxil olan şikayətlərdən sonra Stratton Oakmont şirkətini izləmək üçün xüsusi qrup yaradır.

Belfort 1998-ci ildə fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham edilir. 22 ayı həbsdə keçirən Belfortun investorları ona görə təqribən 200 milyon dollar itirir. Belfort müştərilərindən fırıldaq yolu ilə əldə etdiyi 110,4 milyon dolları geri qaytarmağa məhkum edilir. O həbsdə Tommi Çonq ilə tanış olur və o Belforta öz həyat tarixçəsi və xatirələrini yazmağı məsləhət görür. Onlar həbsdən azad olduqda dostluq münasibətlərini davam etdirirlər.

Beləliklə Belfort 1998-ci ildə “The Wolf of Wall Street” və “Catching The Wolf of Wall Street” kitablarını yazır. Bu kitablar 40 ölkədə çap edilmiş və 18 dilə tərcümə edilmişdir. Onun tarixçəsi Leonardo di Caprio-nun iştirakı ilə filmin çəkilməsinə səbəb olmuşdu.
Top