Cazibədar və məftunedici olmaq | Test

Cazibədar və məftunedici olmaq | Test

Sizlərə maraqlı və çoxlarınız üçün əhəmiyyətli bir test təqdim edirəm. Bu test sənə qarşıdakı insan üçün nə qədər cazibədar olduğunu öyrənməyə kömək edəcək. Test həm qızlar, həm də oğlanlar üçün eyni dərəcədə faydalı ola bilər. Verilən bütün suallara cavab vermək lazımdır, və alınan nəticəni toplamaq sizin xarakterinizi daha doğrusu sizin nə qədər cazibədar və məftunedici olduğunuzu bildirəcək. Belə ki, hər bir "bəli" cavabı üçün 1 xal, "xeyr" cavabı üçün o xal verilir.

1. hər hansı bir şəxslə ancaq telefonla danışarkən onu öz ideyanızla maraqlandıra bilərsinizmi?
2. o qədər də rəğbət bəsləmədiyiniz insanla münasibətdə uğur əldə etmisiniz. Onun haqqında həmin andan etibarən fikirlərinizdə müsbətə doğru dəyişikliklər olacaqmı?
3. hər hansı bir şey yazarkən sətirlər "yuxarı" qaçırmı?
4. təbəssümlə və ya gülüşlə xoşagəlməz suallardan canınızı qurtara bilirsinizmi? Öz dediyiniz fikrin üstündə qalmaq şərtilə mübahisə etməmək kimi vərdişiniz varmı?
5. mübahisə edən zaman razılaşdığınız fikirlər olsa belə onlara qulaq asırsınızmı yoxsa özünüzü dinyələn kimi göstərirsiniz?
6. balaca vaxtı böyüklərin sevimli "oyuncağı" olmusunuzmu? Üzərinizdə ətrafdakıların heyran dolu nəzərlərini hiss etmisinizmi?
7. sizə səmimi qəlbdən deyilən iltifatları tez-tez eşidirsiniz ?
8. Güzgüyə məmnuniyyətlə baxırsınız?

Nəticələr:
Bəli cavabı üçün özünüzə 1 xal, xeyr cavabı üçün 0 xal əlavə edin
cazibədar Rihanna
7-8 xal - siz əminsiniz ki, məlahət və cazibıdarlığa sahibsiniz. Ancaq bunun lovğalıq və ya qürrələnməyə çevriləcəyindən çəkinin. Ağlınızdan belə keçirə bilmirsiniz ki, elə bir insan tapılar ki, onun xoşuna gəlməyəsiniz. Ancaq nahaq, belələri var:)
5-6 xal - şübhəsiz sizin cazibəniz var, xoş həmsöhbətsiniz, insanı keyfiyyətləri qorumağı bacaran və lüzumsuz tələskənliyə yol verməyən insansınız. Başqalarının sizə məftun olması üçün xarakterinizi dəyişməyə heç bir ehtiyac yoxdur.
3-4 xal - sizi hamının sevimlisi adlandırmaq olmaz. Ola bilsin bu sizdəki qətiyyətsizlikdən irəli gəlir. Həqiqət sizin tərəfinizdə olsa da, cəsarətin bəzi məqamlarda çatışmaması insanları inandırmaqda sizə çətinlik yaradır.
2 və daha az xal - sizdə nə məlahət, nə də özünüzə qarşı ləyaqətiniz var. Özünüzə nifrət etdiyiniz anlar olur. Güzgüyə baxdığınız zaman bu sizə heç bir məmnuniyyət vermir. Təcili olaraq dəyişmək lazımdır. Çünki bu cür vəziyyət ilk növbədə sizin psixikanız üçün təhlükə mənbəyidir.

Həmçinin bax:Cazibəli qadının sirrləri
Top