Qarabağ xalçaçılıq məktəbi

Qarabağ xalçaçılıq məktəbi Azərbaycanın cənub-qərbində yerləşən iki regionu – dağlıq və aran zonalarını əhatə edir. Yazılı mənbələrdə Qarabağın adı ərəb tarixçiləri Əl-Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən etibarən yun və pambıq emal edən iri sənətkarlıq mərkəzi kimi çəkilir.

Holland rəssamı Hans Memlinq (XV) “Məryəmkörpəsi ilə” əsərində Qarabağ məktəbinə məxsus olan “Muğan” xalçasını təsvir etmişdir.


XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi əsasən Şuşada cəmlənmişdir. Şuşa şəhərinin əsasını 1750-ci illərin əvvəllərində Qarabağ xanı Pənahəli xan qoymuş və şəhər ilk olaraq Pənahabad adlandırılırdı.


Qarabağ xalçaları böyük ölçüləri ilə fərqlənir. 5 hissədənibarət olan belə xalçalar “dəst-xəli-gəbə” adlanır. Qarabağ xalçalarının böyük ölçüdə olmasının səbəbi sakinlərin yaşayış yerlərinin çox genişolması ilə əlaqədar idi. Hündür xovu və yüksək sıxlığı ilə səciyyələnən bu məktəbin xalçaları Qarabağın təbiəti kimi əsrarəngiz və rəngarəgdir. Xovlu xalçalarla yanaşı, burada kilim, zili, vəmi və s. xovsuz xalçalar, xalça məmulatları da toxunur.



Mənbə: «Azərbaycan xalçaları» kitabı
Top