7 psixoloji effekt

1. Yadların insanın davranışına təsiri
Auditoriya effekti. Evdə cırıq köynəkdə də gəzə bilirsiniz, insanlar içində isə özünüzü xanım kimi aparırsınız. Lakin insanın davranışı yalnız kiminlə ünsiyyət qurduğundan deyil, həmçinin yaxınlıqda olan qeyri-ixtiyari şahidlərin sayından da asılıdır. Məsələn, bir kişi xanımın diqqətini cəlb etmək üçün, nəqliyyatda kiməsə yer verə bilər.

Tələyə düşməməyin yolu. Özünüzə tez-tez bu sualı verin: “Mən bunu kiminsə xoşuna gəlmək və təəssürat yaratmaq üçün edirəm, yoxsa həqiqətən bunu istədiyim üçün?”

2. Yeni bir təcrübəyə maraq şəraitində insanlar fərqli davranırlar
Hotorn effekti. Yenilik şəraiti və yeni təcrübəyə maraq bizi başqa cür hərəkət etməyə, çalışqan və loyal olmağa məcbur edir, biz yanlış və adətən əlverişli nəticə əldə edirik. Məsələn, supermarketdə sizə yeni dada malik balıq pastasının dadına baxmağı və kiçik bir anket doldurmağı təklif edirlər. Siz bu yeniliyi yüksək qiymətlədirirsiz, evdə isə başa düşürsüz ki, onun xüsusi bir dadı yox idi.

Tələyə düşməməyin yolu. Beyninizin aydın olmasına və tənqidi düşüncəni saxlamağa çalışın. İstənilən sorğu və ya təcrübədə iştirak, sadəcə sizi bu məsələdə ekspert olaraq gördükləri üçün məhsulu maksimum dərəcədə yüksək qiymətləndirəcəyiniz anlamına gəlmir.

3. İnsanlar tamamlanmamış hadisələri daha yaxşı yadda saxlayırlar
Zeiqarnik effekti. İnsan tamamlanmamış material və ya hadisələri daha yaxşı xatırlayır. Məsələn, ofisiant sizin sifarişinizi masanıza qoyana qədər xatırlayır, sonra isə başqa qonaqlara keçir.

Tələyə düşməməyin yolu. Öz xatirələrinizdə itib-batmamaq üçün bütün hadisələri tamamlasanız yaxşıdır. Heç olmazsa, öz beyninizdə. Bu buludlarda uçmamağa və özünüzə “əgər…” deyə əziyyət verməməyə kömək edəcək.

4. Bahalı məhsullardan nümayişkəranə istifadə
Veblen effekti – yüksək qiymət kateqoriyasına aid məhsullara iqtisadi cəhətdən əsassız tələbdir. Bu effekt adətən sosial statusa böyük əhəmiyyət verən cavan insanlarda təsadüf edir. Endirimli və aksiyaya düşən məhsullar adətən qüsurlu kimi qəbul edilirlər.

Tələyə düşməməyin yolu. Əgər Gucci-dən yeni çanta və Türkiyəyə səyahət sizə sadəcə Instagram-da şəkil paylaşmaq üçün lazımdırsa, siz artıq tələdəsiniz. İstənilən bahalı alış zamanı özünüzə dürüst cavab verməyə çalışın: siz keyfiyyətə, yoxsa nüfuza pul ödəyirsiniz?

5. Səhv edən insanlar bizə daha xoş görünür
Tamamilə uğursuzluq effekti. Səhv edən, qüsurları olan və bəzən gülünc görünən insanlar bizə daha sevimli görünürlər. Mükəmməllik isə məsafə yaradır və hətta qıcıqlandırır.

İstifadə etməyin yolu. Gülünc görünməkdən və ağılsızlıq etməkdən qorxmayın: bu sizi daha gözəl və cəlbedici edəcək. Küçədə qürurla addımlayan kral və kraliçalara nisbətən, belə insanlarla tanış olmaq daha asandır.

6. Ətrafdakı insanların bizə qarşı diqqətini çox qiymətləndiririk
Projektor effekti – hamı həmişə sizə baxır və bütün səhvlərinizi görür hissidir. Bir xanım gözünün birini bəzəməyi unutduqda, o, bütün yoldan keçənlərin bunu gördüyünə və ona güldüyünə tamamilə əmin olacaq.

Tələyə düşməməyin yolu. İsanlar bizim səhvlərimizi düşündüyümüzdən daha az görürlər. Köynəyinizdə qəhvə ləkəsi varsa, fikir verməyin. Düşünün: siz özünüz ətrafdakılara nə dərəcədə diqqət yetirirsiniz?

7. Ətrafda nə qədər çox insan olarsa, köməyə gələnlərin sayı bir o qədər azalar
Şahid effekti. Kömək lazım olduqda, ətrafda nə qədər çox insan olarsa, kiminsə kömək edəcəyi şansı bir o qədər azdır. Bir yerdə çox insan varsa, onlardan hər biri digərinin köməyə gələcəyini düşünür, nəticədə heç kim kömək etmir.

İstifadə etməyin yolu. İctimai yerdə qəfildən özünüzü pis hiss etsəniz və yardıma ehtiyac duysanız, kütləyə deyil, müəyyən bir insana müraciət etməyə çalışın. O zaman şansınız daha yüksək olacaq.

adme.ru
Top