İnsanlar qarşısında çıxış edə bilmirəm, üzüm qızarır!

Sosial mühitdə özünü ifadə edə bilməmək, sosial münasibətlərə başlaya bilməmək ya da davam etdirə bilməmək, özünə güvənməmək, davamli özünü tənqid etmək və bunlarla yanaşı mövcud olan həyəcan sosial fobiyaya işarə edə bilər. Bu əlamətləri günlük həyatında həddindən artıq yaşayan insanlar başqaları ilə bu özəl vəziyyəti paylaşmaq, bir mütəxəssisə müraciət etmək və sıxıntılarını ona danışmaqdan çəkinə bilər. Onlar cəmiyyət arasında olmamağa çalışaraq bu psixoloji vəziyyəti daha da pisləşdirirlər.

Həmişə başqalarının özlərindən daha yaxşı, daha gözəl və daha uğurlu olduğunu düşünərlər. Özləri heç bir halda heç nəyi bacarmirlar. Özlərini bəyənməzlər. İnsanlar arasında olarkən hər kəs onlara baxır və onlarla bağlı pis şeylər düşünürlər. Özlərinə güvənləri yoxdur və həmişə hər şeyin pis tərəfini düşünürlər. Etdikləri hər bir hərəkətdə səhvə yol verəcəklər və insanlar onları lağa qoyacaq. Əgər bu əlamətlər sizdə də varsa, ola bilsin ki siz də sosial fobiyadan əziyyət çəkirsiniz.


Fiziki əlamətlər sosial fobiyalı insanlarda onları narahat edən əsas amillərdəndir. Bəzi insanlarda özünü daha çox göstərən bu əlamətlərə urəyin daha sürətli atması, sürətli nəfəs alma, tərləmə, titrəmə, mədədə narahatlıq, üz qızarması aiddir. Sosial fobiklər bu əlamətlərin və düşüncələrin yersiz olduğunu bilərlər lakin onlardan qurtula bilməzlər. Dəvətlərə, yığıncaqlara getməz, ya da getməkdə çətinlik çəkər və təxirə salarlar. İnsanlar arasında yemək yeyə bilməmə, yazı yaza bilməmə, insanlarla göz kontaktı qura bilməyən sosial fobiklər üçün insanlar qarşısında çıxış etmək, sözün əsl mənasında bir işgəncədir.

İnsanların çox olduğu yerlərdə danışmaq, çıxış etmək qoroxusunun bəzi insanlar üçün hörümcək və ya yüksəklik qorxusundan daha şiddətli olduğunu bilirdiniz? Bir çox halda sosial fobiyanın əlaməti olan bu problemə nə səbəb olur? Ağlımızdan keçən bəzi səbəblər:

  • İnsanlar sizi tənqid edə bilər, həm də çox ağır şəkildə
  • Özünüzü axmaq kimi hiss edə bilərsiniz 
  • Sizi sevməyə bilərlər
  • Başqaları qədər yaxşı olmaya bilərsiz
  • Başa salmaq istədiyinizi başa düşməyə bilərlər

Bəs bu vəziyyətlə necə başa çıxmaq olar?
İnsanlar qarşısında çıxış etmək çətin bir şey ola bilər, lakin bir az həyəcanlanmaq yaxşıdır. Həyəcan sizi oyaq tutar, çox raahat olmağınıza əngəl olar, nəticədə daha az səhv edərsiniz. Xüsusilə özümüzü narahat hiss etdiyimiz zamanlarda bütün diqqətimizi öz üzərimizə yönəldirik ki bu daha da həyəcanımızın artmasına səbəb olur. Həyəcanımızı doğru yönəltmək istəyirsinizsə özünüzdən başqa bir şeyə istiqamətlənin. Ətrafınızı incələməyə cəhd edin. İnsanların nə geyindiyinə, davranışına və hərəkətlərinə diqqət edərək diqqətinizi dağıda və həyəcanınızı öz lehinizə çevirə bilərsiniz.



Diqqətinizi öz üzərinizdəm çəkmək üçün yönələcəyiniz onlarla şey tapacaqsınız. Necə hiss etdiyinizi düşünməyi buraxdığınız halda özgüvəninizin necə artdığının şahidi olacaqsınız. Unutmayın ki, səhv etmək çox normaldır. Hər kəs səhv edə bilər. Lakin səhv etməkdən qorxmaq sizi daha çox səhv etməyə vadar edə bilər. Tək bir yerdə durmaqdansa sizin üçün ayrılan ərazidən tam istifadə edib hərəkət edə bilərsiniz. Mümkün olduqca hər bir insanla 1-2 saniyəlik göz kontaktı qurun. Slaydlarınızla deyil, dinləyicilərlə danışın, unutmaylın ki slaydlar sizi dəstəkləmək üçün ordadırlar. Haqqinda danışdığınız mövzu nə qədər sıxıcı olsa da onu zarafatlarla bəzəyərək işin içindən çıxa bilərsiniz. Əgər öz cəhdinizlə həyəcanınızı idarə edə bilmirsinizsə mütəxəssiz yardımı almağınız lazımdır.

Lalə Fətəliyeva
Narınc Könüllü qrupunun üzvü 
Top