Gecə maskaları

Gecə vaxtı orqanizmdə bərpa proseslər sürətlənir. Bu bütün orqan və sistemlərə və o cümlədən dəriyə də aidir. Bu səbəbdən gecə kosmetik maskaları çox effektlidir. Maskanı axşam yatmazdan əvvəl təmizlənmiş dəriyə çəkin və 15-20 dəqiqədən sonra mütləq yuyun.

Maska ilə yatmaq olmaz. Bu halda səhər üzünüz şişkin görünəcək.
Sizə bir neçə bərpaedici və cavanlaşdırıcı gecə maskaların reseptlərini təqdim edirik.


1. Yarım banan əzilir, 1 x.q. zeytun yağı əlavə olunur, yaxşı qarışdırılır, 20 dəqiqədən sonra ilıq suda isladılmış disklə silin.

2. Yumurta sarısı çalınır, 1 ç.q. badam yağı və 1 ç.q. düyü unu (dükandan alın və ya özünüz düyünü üyüdün) əlavə olunur, qarışdırılır, maskanı üzə çəkin və 20 dəqiqədən sonra ilıq suda isladılmış disklə silin. 

3. 1 x.q. xama, 1 ç.q. duz, 1 ç.q. bal qarışdırılır, təmiz üz dərisinə çəkilir. Maskanı 20 dəqiqədən sonra silin.
Top