2014 makiyaj dəbi

2014 makiyaj dəbi

Bu mövsüm dodaqlar qırmızı, gözlər qara, dəri isə ağ olacaq...

Retro stilini xatırladan New Burlesque tərzi ilə daha çəkici olmağa hazırsınızmı? Bu mayikajda rəng çalarları yoxdur. Dodaqlar klassik qırmızı, gözlər isə qara rənglərə bürünücək.

Parlaq və qüsursuz dəri 
Dəri tonu mütləq açıq tonlarda olmalı, amma qətiyyən solğun olmamalıdır. Sonra gözlərə qara qələm və tuş çəkilir. Dərini qüsursuz göstərmək üçün tonal krem çəkmək şərtdir. Yaxşı olar ki, BB kremlərindən çəkəsiniz. Peşəkar makiyaj ustaları tonal kremi daha çox fırça ilə çəkməyə üstünlük verirlər. Fırça kremin hər tərəfə bərabər yayılmasını təmin edir və qalıcılığını qoruyur.

Sonra göz qapaqlarına tonal kremdən iki ton açıq korrektor çəkin. Göz içlərini də unutmayın. Parlaq və qüsursuz dəri üçün ənlik çəkməyə gərək yoxdur. Ənlikdən vaz keçə bilmirsinizsə, yumşaq tonlarda və krem fromasında ənliklə yanaqlarınıza rəng verə bilərsiniz.

Diqqət çəkən gözlər
Gözləri daha yaxşı vurğulamaq üçün üst göz qapağının bitimindən kirpik diblərinə qədər qalın qələmlə boyayın. Gözlərin üzərinə dəri rəngində göz kölgəsi çəkin. Göz makiyajı tamamlamaq və mükəmməl etmək üçün sonda azca tuş çəkin. Gözün alt qapaqlarını da qara qələmlə haşiyə aldığınız üçün alt hissəyə tuş çəkməyə ehtiyac yoxdur.

Çəkici dodaqlar 
Dodaqlarınıza qırmızı pomada çəkməzdən əvvəl tonal krem çəkin. Bu zaman dodaq boyası uzun müddət qalır. Sonra pomada ilə eyni rəngdə qələmlə dodaqlar haşiyəyə alınır. Parlaq effekt əldə etmək üçün barmağınızla alt dodağın ortasına parladıcı çəkə bilərsiniz. 

 

Top