Biz niyə əsnəyirik?

Təbiət çox maraqlı məkandır. Bir-birinə qətiyyən oxşamayan minlərlə heyvan növündə ortaq xüsusiyyətlər, əlamətlər mövcuddur. Hətta bəzən bu əlamət hansısa növün işinə yaramasa da, yenə də sabit olaraq qalır.

Məsələn, insanda qulaqları hərəkət etdirən əzələnin heç bir işi yoxdur. Lakin yenə də hər kəsdə əmələ gəlir. Bir gün qulaqları hərəkət etdirmək dəbə minsə, inanın, bu dəqiqə qulağını az-çox hərəkət etdirmək qabiliyyətini saxlayan kişilər və dişilər daha çox partnyor qazanacaqları üçün gedərək insanlarda bu xüsusiyyəti lap pişiklər kimi geri qaytarmaq olar.
 
Sözüm onda deyil. Görəsən, niyə əsnəyirik?
 
İnsan qanında oksigen, azot, karbon qazı kimi maddələr həll olunmuş vəziyyətdə dolaşırlar. Oksigen bizim üçün həyati önəm daşıyan bir qazdır. Karbon qazı da bizim üçün önəmlidir, amma onun səviyyəsinə nəzarət də lazımdır.
 
İnsan qanında karbon qazının miqdarı artan kimi, bu işə baxan orqanlara beyin siqnal göndərir.
 
İnsan bir məməli olduğu üçün bu siqnal ağciyər və döş qəfəsi əzələlərinə gəlməlidir ki, ağciyər genişlənərək havadan daha çox oksigen alıb, daha çox karbon tullasın.
 
Amma yooooox.
 
Bunun yerinə biz, qollarımızı kənara aparıb gərnişirik və ağzımızı balıq ağzı kimi açıb əsnəyirik.


 


Çünki bu refleks, yəni əsnəmək bizə balıqlardan miras qalıb.
 
Balıqlar suda həll olunmuş oksigenlə nəfəs alırlar. Bunun üçün suyu ağızdan alaraq qəlsəmələrindən süzür, oradakı oksigeni qana, karbonu isə qandan suya dəyişir.
 
Su bəzən kirli olur. İçində müxtəlif zirzibil ola bilər. Balıq qanında karbon qazının miqdarı artanda balıq beyni belə bir nəticə çıxarır: Qəlsəmələr kirlənib.
 



Balıq ağzını geniş qəlsəmə aparatını şiririr. Əzələləri yardımı ilə dəniz suyunu maksimal dərəcədə sürətlə qəlsəmələrindən keçirir ki, qəlsəmələrinin üstünə yığılmış zirzibili təmizləyə bilsin.
 
Bir sözlə; balıq əsnəyir. Məhz ona görə balıqlara qohumluğu çatan bütün onurğalılar elə balıq kimi əsnəyirlər. Artıq suda yaşamasalar da.

Top