Tez hamilə qalmaq üçün 8 üsul

Tez hamilə qalmaq üçün 8 üsul

Qadınla kişinin səhhətində heç bir problem olmadığı halda hamiləliyi əvvəlcədən planlaşdırmaq mümkün deyil. Ancaq araşdırmalar göstərir ki, bəzi üsullar qadının hamilə qalmaq şansını artıra bilər.

Şokolad kremi
Şokoladın xoşbəxtlik hormonlarını artırdığını bilməyən yoxdur. Araşdırmalar göstərir ki, şokolad kremi stressi azaldır. Dolayısı ilə qadınlar özünü daha yaxşı hiss edir və onun səmərli olmasına inanır.

İynəbatırma
İynəbatırma nazik uclu və kiçik iynələrin bədənin müəyyən yerlərinə batırılaraq aparılan müalicə növüdür. Ağrını azaltmaq, əhvalı yüksəltmək kimi bir çox faydası var. Bəzi analar daha asan və sürətli hamilə qalmasını iynəbatırma müalicəsi ilə əlaqələndirir.

Yataqda corab geymək
Qəribə sələnsə də, araşdırmalar göstərir ki, ata və ana olmaq istəyənlər cinsi əlaqə zamanı corab geyinərsə, qadının hamilə qalmaq şansı artır. Bunun səbəbi də bədəni isti saxlaması və hormonların daha hərəkətli olmasını dəstəkləməsidir.

Tam yağlı süd
Alimlər tam yağlı südün, yoxsa yağsız südün daha faydalı olduğuna hələ qərar verməyib. Amma araşdırmalar yağlı südün yumurtanın inkişafına təsir etdiyini və yumurtalıqları canlandırdığı göstərib. Əlbəttə ki, bunun üçün bir gün ərzində çoxlu süd içmək lazım deyil. Mütəmadi olaraq içməyiniz kifayətdir.

Öskürək siropu
Bəzi qadınların öskürək dərmanını hamilə qalmaq üçün istifadə etdiyini bilirdiniz? Öskürək siropu boğaz və boşluqlarda selikli qişaları azaltdığı üçün nəfəs almağı asanlaşdırır. Ən maraqlı tərəfi odur ki, təcrübələr bu dərmanın uşaqlıq yolundakı selikli qişalara da təsir etdiyini göstərib. Bu da hamilə qalmaq prosesini sürətləndirməyə kömık edir.

Ananas
Ananasın ləziz dadı qədər tərkibindəki fermentlər də olduqca faydalıdır. Onlar yumurtalıqların yaranmasına və inkişafına kömək edir.

Yer cazibəsinin gücü
Cinsi əlaqədən sonra başınızın altına yastıq qoyub ayaqları yuxarıya qaldırın. Bir çox qadınlara hamilə qalmaq prosesini sürətləndirmək üçün bu üsul təklif edilir. Bu metod yastıqsız da həyata keçirilə bilər. Amma rahatlığınız üçün yastıq lazımdır.

Kakao və südlü qəhvə
Kakao tozu, qəhvə və qızılağac siropu ilə hazırlanan içki hormonları tarazlaşdıracaq. Təbii ki, hamilə qalmaq şansını artıracaq.
Top