Pyotr Pavloviç Yerşov

Rus şairi, yazıçı, dramaturq Pyotr Pavloviç Yerşov 1815-ci il fevralın 22-də Tobolsk quberniyasının Bezrukovo kəndində məmur ailəsində anadan olmuşdur. 1824-cü ildə valideynləri Pyotr və qardaşı Nikolayı Tobolska oxumağa göndərir və onlar gimnaziyanı bitirəndə ataları Peterburqa təyinat alır və hər iki qardaş Peterburq Universitetinə daxil olur.

Tələbəlik illərində Yerşov rus dilşünaslığı üzrə professor Pyotr Pletnyovla yaxınlaşır, Vasili Jukovski və Aleksandr Puşkin ilə tanış olur. “Qozbel at” nağılı kimi İlk iri əsərini məhz onların mühakiməsinə verən 19 yaşlı tələbə cavabında Puşkindən “Artıq mən bu tip əsərləri yazmaya bilərəm” ifadəsini eşidir. 

1836-cı ilin yayında vətənə qayıdan Yerşov əvvəl Tobolsk gimnaziyasında müəllim, sonra isə inspektor və direktor işləmişdir.

Qeyd edək ki, “Qozbel at”dan başqa Yerşov onlarla şeir yazmış və bəzi mənbələrə görə, şeir, hekayə və dram əsərlərini təxəllüslə dərc etdirmişdir. Hamı tərəfindən bir əsərin müəllifi kimi tanınması əslində Pyotr Yerşovu heç də narahat etmirdi.

Pyotr Yerşov 1869-cu il avqustun 18-də Tobolsk şəhərində 54 yaşında vəfat etmiş. Şairin şərəfinə doğulduğu şəhərin küçələrindən birinə adı verilmiş və heykəli ucaldılmışdır.



Top