Təyin

Təyin

Cümlədə isimlə ifadə olunan hər hansı üzvü izah (təyin) edən ikinci dərəcəli üzvə təyin deyilir.
Təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? suallarından birinə cavab verir. Məsələn: Anar intizamlı oğlandır. Sınifdə iyirmi şagird var. Çalısqan şagırdlər misalları hamıdan tez həll etdilər və s.
Təyin daha çox sifət, feli sifət və işarə əvəzlikəri ilə ifadə olunur. Məsələn: Kəndimiz uca dağlar qoynunda yerləşir (sifət). Mağazadan beş dəftər aldım (sayla). Bu kitab çox maraqlıdır (əvəzlik). Yatmıs körpə səsə oyandı (feli sifətlə) və s.
İsim və zərflər də sifətin xüsusiyyətlərini daşıdıqda (sifətləşdikdə) təyin vəzifəsində işlənə bilir. Məsələn: Cərrah Əli qonşumuzdur. Özümə dəri çanta aldım. Daş buna davamlı olur. Aşağı otaqlar nəmdir və s.
Təyin quruluşca sadə və mürəkkəb olur.
Nitq hissələri ilə ifadə olunan təyinlər quruluşca sadə olur (bax.: yuxarıdakı nümunələrə).
İsmi birləşmələr və feli sifət tərkibləri ilə ifadə olunan təyinlər isə quruluşca mürəkkəb olur. Məsələn: Məktəb direktoru Əli müəllim qabaq sırada oturmuşdur. Səhərdən meşəyə gedən usaqlar axşama yaxın qayıtdılar.
Cümlədə isimlə (və ya isimləşmiş sözlərlə) ifadə olunan bütün üzvlərin təyini ola bilər. Məsələn: Yaşıl zəmilər göz oxşayır. Qız gullü donunu geymişdi. Biz birinci mikrorayonda yaşayınq. Məmməd Araz istedadlı şairdir. Bu cümlələrdəki yaşıl, güllü, birinci istedadlı təyinləri sıra ilə mübtədaya, tamamlığa, zərfliyə və ismi xəbərə aiddir.
Təyin həmişə yanaşma əlaqəsi ilə başqa cümlə üzvlərinə tabe olur.


Müəllif: Möhsün Nağısoylu  Zellabdin oğlu, filologiya elmləri doktoru, professor, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda şöbə müdiri, əməkdar elm xadimi.
Mənbə: Ali təhsilə hazırlıq kurslarının dinləyiciləri üçün dərs vəsaiti
Top