Tapılan məlumat sayı : 203

Cins şalvarlara qulluq

Kateqoriya - Evdarlıq

Cins şalvarları heç zaman dəbdən çıxmır. Cins şalvarlarının xarici görünüşünü qoruyub saxlamaq üçün onlara düzgün qulluq etmək lazımdır. Cins şalvarlarına qulluq edəndə bu qaydalara əməl edin:

1. Cins şalvarları gec-gec yumağa çalışın.

2. Cins şalvarları, xüsusilə üzərinə qaşlar, strazlar, krujeva və s. olduqda əllə yumaq daha yaxşıdır.

3. Əgər siz cins şalvarları paltaryuyan maşınında yuyursunuzsa, onları nəzakətli («деликатный») rejimdə yuyun və sıxılmadan istifadə etməyin. Üzərində bəzəklər (qaşlar, strazlar və s.), dekorativ «sürtülmə»lər və s. olan şalvarları yumazdan əvvəl xüsusi torbaya qoyun.

4. Şalvarları islatmaq lazım deyil. Böyük vannaya ilıq su tökün, maye şəklində olan yuyucu vasitə əlavə edin və bu suda şalvarları yuyun.

5. Yumazdan əvvəl cins şalvarları tərs üzünə çevirin və «molniya»nı və düymələri bağlayın.
Davamı →

Ev şəraitində əla qəhvə

Kateqoriya - Evdarlıq

Qəhvə dəmləyəcəyiniz qab təmiz olmalıdır. Köhnə qəhvə qalıqları dəmlədiyiniz içkiyə acılıq qata bilər.

Sevdiyiniz qəhvə növünü seçin: Arabica və ya Robusta? Növlərin qarışığı, yoxsa bir növ? Yüngülcə qızardılmış yoxsa tünd?

Qəhvə dənələrini üyüdəndən sonra mümkün qədər tez dəmləməyə çalışın.
Davamı →

Xəzlərə qulluq

Kateqoriya - Evdarlıq

Yaxalıqlarda, papaqlarda, mantoda olan təbii xəzləri müntəzəm olaraq şotka ilə daramaq lazımdır. Çirklənmiş yerləri təmizləmək üçün soyuq suya yuyucu toz (enzimsiz) əlavə edin, suda süngəri isladın və çirklənmiş yeri silin. Sonra xəzi təmiz nəm əsgi ilə silib qurudurlar.

Yağışın və ya qarın altına düşmüş kürkü çırpın və isti sobadan uzaq yerdə səliqə ilə asılqana asın və ev temperaturunda qurudun. Kürükü heç bir halda fenlə qurutmaq olmaz!

Kürkü, hətta astardan ütüləmək olmaz! Bu dərini korlayır və kürk asanlıqla cırıla bilər. İstənilən ətir, kosmetika, krem kürükün üzərinə düşməməlidir. Bu kürkü korlayır. 
Davamı →

Dəri əşyaları belə təmizləyin

Kateqoriya - Evdarlıq


Çox sevərək aldığınız dəri ayaqqabı, gödəkcə, ya çantanız indi istifadə edilməz hala gəlib? Ürəyinizi sıxmayın! Onları ilk günki kimi tərtəmiz vəziyyətə gətirmək çox asandır.

Sizə dəri əşyaları təmizləmək üçün evdə hazırlaya biləcəyiniz asan formul təqdim edirik.
— 2 yemək qaşığı zeytun yağı
— 2 yemək qaşığı sirkə
— 10 damcı uçucu yağ (lavanda, portağal, okaluiptus yağı və s.)
Davamı →

Ədviyyatlardan necə istifadə etməli?

Kateqoriya - Evdarlıq

Bişirdiyiniz bütün xörəklərin ləzzətli olmağını istəyirsinizsə, ədviyyatlardan düzgün istifadə etmək qaydalarını öyrənməlisiniz.

Qoyun və mal əti üçün: qırmızı, qara və pul bibər, mixək, kəklikotu, kimyon, zirə, sarıkök, zərdəçal, soğan, oreqano.

Toyuq və digər quş ətləri üçün: kəklikotu, rozmarin, reyhan qurusu, adaçayı, kəklikotu Balıq əti üçün: dəfnə yarpağı, ağ istiot, zəncəfil, pul bibər,soğan, keşniş və ya toxumu, çili bibəri, xardal, şüyüd, kəklikotu, soğan.

Qril (izqara) üçün: qırmızı istiot, mayoran, hind qozu, zirə, zəncəfil, çili bibəri, hil.
Davamı →

Soyuducunu necə təmizləməli?

Kateqoriya - Evdarlıq

Soyuducuda qorunan qidalar üçün soyuducunun işləmə istiliyi, hava sirkulyasiyası və funksionallığı ilə bərabər, təmizliyi də əhəmiyyətlidir.

Ağzı açıq qablarda saxlanan qidalar, yuyulmadan qoyulan meyvə, tərəvəz, yumurta, sellofanlardan süzülən mayelər soyuducunun içində pis qoxu və bakteriyaların yaranmasına səbəb olur. Bunun qarşısını almaq üçün soyuducunun mütəmadi olaraq təmizlənməsinə diqqət etmək lazımdır.
Davamı →

Dadlı kotlet hazırlamaq üçün sadə qaydalar

Kateqoriya - Evdarlıq

— Farş hazırladıqda ona süddə isladılmış ağ çörək əlavə etdikdə, kotletlər yumşaq alınacaq.

— Kotlet üçün ət nə çox yağlı, nə də çox yağsız olmamalıdır.

— Ət yağsızdırsa, farşa 1 xörək qaşığı bitki yağı əlavə edin.

— Qızartdıqdan əvvəl kotletləri unlamaq lazımdır. Bu məqsədlə həmçinin üyüdülmüş suxarıdan istifadə etmək olar.
Davamı →

Ərzaqların düzgün saxlanma qaydaları

Kateqoriya - Evdarlıq

Mətbəx üçün vacib əşya olan soyuducu qidaların uzun müddət təzə qalmasını təmin edir. Soyuducu qidaların ömrünü uzadır, xəstəlik riskini azaldır.

Ancaq hər qidanı soyuducuya qoymaq da doğru deyil. Bəzi qidaları soyuducuya qoymaq bu qidaların dadının qaçmasına səbəb ola bilər.
Sizə soyuducuya qoymadan da saxlaya biləcəyiniz qidaları sıralayırıq:

Bal
Balın turşu bazalı quruluşa malik olması və sıx şəkər tərkibi xarab olmasına səbəb olan mikroorqanizmlərin törəməsinə mane olur. Bu səbəbdən də bal quru və qaranlıq bir yerdə otaq temperaturunda saxlanıla bilər. Balı soyuducuya qoymaq isə kristallaşmasına səbəb olur.
Davamı →

Yarmaları böcəklərdən necə qorumalı?

Kateqoriya - Evdarlıq

Hər bir qadın evində müxtəlif yarmalar, un, üyüdülmüş suxari, nişasta və s. bu kimi məhsulları saxlayır. Bəzən bu məhsullarda böcəklər əmələ gəlir.

Yarmaları və s. məhsulları böcəklərdən necə qorumaq olar? Sizə bunun bir neçə yolunu təqdim edirik.

1. Yarmaları qapağı kip bağlanan şüşə bankalarında saxlayın. Yarmaları isti mətbəxdə deyil, sərin yerdə (məsələn, açıq balkonda saxlayın).

2. Bankalara 1-2 dəfnə yarpağı qoyun.

3. Bankalara acı istiot qiymaq olar.

4. Bankanın dibinə bir az duz səpin, sonra yarmanı tökün.
Davamı →

Mürəbbənin tam bişdiyini belə təyin edin

Kateqoriya - Evdarlıq

Yaxşı bişirilmiş mürəbbəni uzun müddət ərzində saxlamaq olar. Belə mürəbbə xarab olmur və öz xüsusiyyətlərini saxlayır. Mürəbbənin hazır olub-olmadığını təyin etmək üçün bu kimi üsullardan istifadə etmək olar:

— Soyuq nəlbəkinin üzərinə bir damcı mürəbbə tökün. Damcı yayılmırsa, mürəbbə hazırdır.

— Hazır mürəbbənin şirəsi şəffaf olur, meyvələr siropun içində üzür, siropun üzərinə çıxmır.

— Hazır mürəbbənin şirəsi meyvənin rəngində olur.

— Mürəbbəni kağız salfetin üzərinə damızdırın. Ləkənin ətrafında nəm ləkə əmələ gəlmirsə, mürəbbə hazırdır.
Davamı →
Top