Vilhelm Hauf

Kateqoriya - Yazıçılar

Alman yazıçısı və novellaçı Vilhelm Hauf 1802-ci il noyabrın 29-da Ştutqart şəhərində anadan olub. Vilhelmin yeddi yaşı olarkən atası vəfat edib və anası uşaqlarını götürüb Tyubingen universitet şəhərciyində məskunlaşıb. V.Haufun gənclik illəri ana babasının evində keçib. Burada o, babasının böyük və zəngin kitabxanasındakı kitabları mütaliə edib.

1818-ci ildə o, monastr məktəbinə göndərilib. İki ildən sonra gənc Vilhelm Tyubingen universitetinə daxil olub. Universitetin fəlsəfə və ilahiyyat doktoru dərəcəsi ilə bitirərək o vaxtkı müdafiə naziri baron fon Högelin ailəsinə repetitor işinə daxil olub və onun uşaqlarına dərs deyib. Bu ailə ilə birlikdə Fransaya səfər edən Hauf Almaniyanın mərkəz və şimal hissələrini də gəzib. 
Davamı →

Yohanna Spiri

Kateqoriya - Yazıçılar

Yohanna SpiriYohanna Spiri (1827-1901) sevilən İsveçrə yazıçısıdır. Yohanna 1852-ci ildə Bernhard Spiri adlı vəkil ilə evlənib. Sürixdə yaşayarkən İsveçrədəki həyat haqqında əsərlər yazmağa başlayıb. Yazıçılığa başlamamışdan qabaq adi evdar xanım olub. İlk kitabı «Vroninin Məzarı üzərindəki yarpaq” və “Heydi» olub. Yayda vaxtının çoxunu Çur, Qrabündün kimi yerlərdə keçirmiş Yohanna, kitablarında da bu yerləri daxil etmişdir.

1884-cü il Yohanna üçün ən ağır il oldu, çünki həm həyat yoldaşı, həm də tək oğlu Bernhard vəfat etdilər. 1901-ci ilin 7 iyulunda isə özü vəfat etdi. 2007-ci ildə onun 125 illiyi münasibəti ilə İsveçrədə xatirə sikkələri buraxılmışdır.

Onun ən məşhur əsəri «Heydi» uşaq romanıdır. Heydi adlı 8 yaşlı yetim qızcığaz xalası ilə birgə qalır. Xalası işə düzələndən sonra onu Alp dağlarına, babasının yanına gətirir. Əvvəllər baba nəvənin gəlişindən məmnun olmasa da, sonralar balaca qızcığaz onun ürəyini yumşaldır.
Davamı →

Migel de Servantes

Kateqoriya - Yazıçılar

Migel de Servantesİspan yazıçısı, şair və dramaturqu Migel de Servantes 1547-ci il sentyabrın 29-da Alkala de Enares adlı kiçik Kastiliya şəhərciyində, Rodriqo de Servantesin ailəsində dünyaya gəlib.

Yazıçının həyatının ilk illəri haqqında az məlumat var. Həyatının çoxunu ailəsi ilə şəhər-şəhər gəzib. 1569-cu ildə Servantes İtaliyaya köçüb. 1575-ci ildə quldurlar tərəfindən əsir alınıb. Sonralar o, Madridə qayıdıb. Onun Kastiliyanı tərketmə səbəbləri naməlumdur.

1585-ci ildə Servantes “Qalateya” adlı pastoral roman, 1605-ci ildə “Don Kixot”un birinci hissəsini, sonralar müxtəlif hekayələrini “Qaraçı qız”, “Qan gücü”, “Ledi Korneliyanın romanı”, “İtlərin söhbəti”, 1615-ci ildə isə “Don Kixot”un ikinci hissəsini yazıb. 
Davamı →

Zadi Smitə görə yazmağın 10 qaydası

Kateqoriya - Yazıçılar

1. Xüsusilə uşaqlıq illərindən başlayaraq çoxlu kitab oxuyun. Oxumağa başqa məşğuliyyətlərdən daha çox vaxt ayırın.

2. Yaşa dolmuş çağlarınızda isə, yazdıqlarınıza başqası, hətta düşməniniz oxuyurmuş kimi yanaşın.

3. Yazı qabiliyyətinizi romantikləşdirməyin. Ya yaxşı cümlələr yaza bilirsiniz,ya da bunu bacarmırsınız. “Yazıçının həyat stili” deyə bir şey yoxdur. Əsas kağız üzərində göstərdiyiniz məharətinizdir.

4. Zəif tərəflərinizi özünüzə dərd etməyin. Amma bu sahədə edə biləcəklərinizi də, etməkdən çəkinməyin. Özünüzlə bağlı şübhələrinizi başqalarının daha zəif yanlarını göz önünə gətirərək gizləməyin.
Davamı →

Bronte bacıları

Kateqoriya - Yazıçılar

Şarlotta Bronte — Emili Bronte — Enn Bronte
«Kabinetimiz» — deyirdi onlar. Orada hər şeyi acgözlüklə öyrənirdilər: ingilis ədəbiyyatının şedevrlərini, bir-birinin xasiyyətini, hətta ətrafdakı bataqlıqların tutqun təbiətini də. Öyrəndikləri hər şeyi söz kərpicləri ilə gələcəkdə onları məşhurlaşdıracaq şeirlərinin, romanlarının divarlarına hörürdülər.

Evləri üç tərəfdən qəbiristanlıqla əhatə olunmuşdu, son dərəcə kədərli və soyuq görünüşü vardı. Qonaqlardan biri həmin ev haqqında «qaranlıq, kədərli bir evdir, sanki yağışdan rəngi qaralan məzar daşlarından hörüblər» — demişdi. Balaca Şarlotta, Emili və Enn evlərini sevirdilər — bu da sizinçün onların normal ingilis şagirdi olmamaqları ilə bağlı bir işarə.

Ataları irlandiyalı kasıb fermer idi, ömrünün sonlarına yaxın ingilis kilsəsinin keşişi olan Patrik Brunti soyadını dəniz döyüşlərində qəhrəmanlığı ilə ad çıxaran və hersoq titulu daşıyan Brontenin soyadı ilə dəyişdi. Patrik elə hesab edirdi ki, belə daha təmtəraqlı səslənir. Əslinə qalsa qoca bir az ağıldan «o söz» idi… 1821-ci ildə arvadının ölümündən sonra isə daha da qəribə oldu. Daima öz kabinetinə çəkilib qalır, orada işləyir və xütbələr oxuyurdu, altı övladı isə başlı-başına böyüyürdü.
Davamı →

Lev Tolstoy Nikolayeviç

Kateqoriya - Yazıçılar

Dünya ədəbiyyatına iki nəhəng roman bəxş etməyinə baxmayaraq, ömür yolunda baş verən mənəvi dəyişiklik dövrünə qədər Lev Nikolayeviç Tolstoy adi rus zadəganlarından biri kimi yaşamışdı. Öz həyat tərzini belə təsvir edirdi:

“Müharibədə adam öldürmüşəm, öldürmək üçün duelə adam çağırmışam, kartda uduzmuşam, kəndlilərin qazandığına şərik olmuşam, onları cəzalandırmışam, əxlaqsızlıq eləmişəm, yalan danışmışam. İnsanları aldatmaq, oğurluq, zinanın bütün növləri, sərxoşluq, zorakılıq, qətl… Əlimi bulamadığım elə bir cinayət yoxdur…”[1]

Şübhəsiz ki, belə həyat tərzi bir çoxlarına maraqlı və dolğun görünə bilər, amma incə ruhlu Tolstoy üçün bu, ağır yük idi. O, kəndliləri vurub öldürməkdən, onların dul arvadlarını zorlamaqdan üstün bir şey istəyirdi. Və… axtardığını tapmaqdan ötrü ömrünün yarısını sərf etmişdi.
Davamı →

Mark Tven

Kateqoriya - Yazıçılar

Bəlkə də imzası uydurma idi, amma yazarlar arasında «gerçək» Samuel Lenqhorn Klemens qədər səmimi ikinci bir imzaya rast gəlmək çətindir. «Mark Tven» sadəcə, Klemensin çoxsaylı təxəllüslərindən biridir. O, eyni zamanda Tomas Cefferson Snodqrass, Avara, Coş, Çavuş Fatom və U.Epami-nondas Adrastus Blab imzaları ilə də çap olunurdu. Lakin onun ən məşhur təxəllüsü naviqasiya sahəsindən gəlmiş və «iki dəniz ölçüsündən» götürülmüşdü — çay gəmilərinin hərəkət etməsi üçün lazım olan minimal dərinlik. O, bu təxəllüsü hələ gəncliyində, Missisipi ilə üzərkən, gəmidə işləyəndə götürmüşdü.

Amerikalıların əksəriyyəti Tveni onun doğma ştatı olmağına baxmayaraq, nifrət etdiyi Missuri ilə bağlayırlar. "Əgər, siz bizim ştatda dünyaya gəlmisinzsə, onun adına «Missura-a» deyin, — Tven bir dəfə belə demişdi. — Yox, əgər bizim ştatda doğulmamısınızsa, o zaman «Missuru-i» deyə bilərsiniz. Amma əgər bizim ştatda doğulmusunuzsa, ömrünüz boyu burada yaşamağa məhkum olduğunuz üçün ona «balaca» deyin". O, bu «balaca»dan, daha doğrusu, kasıblıqdan bezdi və on səkkiz yaşı olanda ata evini tərk edərək, bir daha ora qayıtmadı. 
Davamı →

Onore de Balzak

Kateqoriya - Yazıçılar

«Dərin olmasam da, — bir dəfə Onore de Balzak demişdi, — kifayət qədər əhatəli adamam». Bu, ikibaşlı fikrin nə səbəbdən və hansı şəraitdə söyləndiyi məlum deyil; yəqin ya öz xarici görünüşünə, ya da zəhmətlə qazandığı ədəbi uğurlarına (ya da elə hər ikisinə) görə belə qətiyyətlə deyib. Mübaliğəsiz olaraq Balzakı dünya yazarları arasında ən gonbul qələm adamı kimi qəbul etmək olar. 160 santimetr boyu olan ağır cəmdək iki çöp kimi nazik ayaqlar üstə zorla tab gətirirdi. O, birmənalı olaraq özünün qarqantüasayağı (Fransua Rablenin «Qarqantüa və Pantaqruel» romanının qarınqulu qəhrəmanına işarədir. tərc.) iştahı, qeyri-adi bər-bəzəyi və ədəbsizliyi ilə məşhur idi.

Dəqiq məlumata görə bir dəfə Paris restoranlarının birində nahar edən ədib bir neçə düjin (bir düjin on iki ədəd deməkdir — tər.) qoyun kotleti, şalğam suyunda bişən ördək, bir-iki balıq, iki qızardılmış kəklik və yüzdən çox dəniz ilbizi aşırıb. Nahar on iki armud və müxtəlif şirniyyatlar, meyvə və içkilərlə başa çatıb. Onun özünü süfrə arxasında aparmağı kənardan çox iyrənc görünürdü. O, birbaşa bıçaqdan yeyir, yemək qalıqları ağzının kənarından ətrafa səpələnirdi. Çoxlarının onu axmaq yerinə qoymağı, dadbilmə qabiliyyətini itirən adam kimi təsəvvür etməyi əsla təəccüb doğurmurdu. Sadə kəndli ailəsində doğulan Onore Balsa soyadını dəyişmiş, ona aristokratlara aid «de» əlavəsi yapışdırmaqla özünü cəmiyyətə zadəgan kimi sırıya bilmişdi.
Davamı →

Yasunari Kavabata

Kateqoriya - Yazıçılar

Yasunari KawabataBir qəlbin sirli yaşantıları və intiharı...
Bu dünyanın yazılmamış qaydalarından biri belədi: iradəndən asılı olmayaraq bu dünyaya gələcəksən, iradəndən asılı olmayaraq bu dünyadan köçəcəksən. Bəşər övladı min, milyon illərdi ki, beləcə gəlir, beləcə gedir. Amma bəzən elələri də olur ki, onlar həmin qaydanı dəyişməyə yönəlik addımlarda bulunurlar. Onlar arzuları olmadan həyata gəlsələr də, getmələrinə özləri qərar verirlər.

Bəlkə də belələri İlahinin insanın öz seçiminə buraxdığı qaydaları pozduqlarına görədir ki, onlar günahkar insan olaraq Allahın dərgahına qovuşurlar. Onsuz da Tanrıdan qeyri heç nə əbədi deyil.

Və bu baxımdan, dünyanın zəka, ağıl sahiblərinə görə kimlərinsə yarımçıq kəsdiyi ömür onsuz da nə vaxtsa bitmək zorundadırsa, bir yaradılmış olaraq onu bilərəkdən sonlandırmaq qəti doğru deyildir. Bəzən, bunun bir çıxış yolu olduğunu görənlər, hansısa məqamda müəyyən dəhşətlərdən xilas yolu kimi intiharı seçənlər yəqin ki, belə addımları ilə özlərini Böyük Yaradan dərgahında əbədi günaha ürcah etmiş olurlar. Tanrının bəxş etdiyi əmanətə sədaqət olar, xəyanət yox…
Davamı →

Artur Konan Doyl

Kateqoriya - Yazıçılar

Artur Konan DoylArtur Konan Doyl bacarıqsız terapevt kimi tanınsa da, bir oftalmoloq kimi böyük şöhrət qazanmışdı. Yazıçının böyük həvəslə qələmə aldığı tarixi romanları hələ öz sağlığında oxumurdular. O, pərilərin gerçək mövcudluğunu və gözbağlayıcı Harri Qudininin qeyri-adi bacarıq sahibi olduğunu heç kəsə sübut edə bilmirdi. Amma A.K.Doyl müəyyən şeylərə nail ola bildi və onun yaradıcılığı nəşriyyat aləminə yenilik gətirdi.

O, uydurduğu detektiv qəhrəmanı sayəsində qucaq-qucaq pul qazandı və bu qəhrəman ədəbiyyat aləminin ən məşhur alver simasına çevrildi. Əgər bir insanın məzar daşı üzərindəki adının qarşısında «ser» sözü yazılırsa, demək, o, həyatda nəyisə səhvsiz edib.
Davamı →
Top