Tapılan məlumat sayı : 765

Balıq şorbası

Kateqoriya - Kulinariya

İnqrediyentlər: 
1 kq istənilən balıq 
5-6 kartof
2 kök
2 soğan
5-7 qara yumru istiot
3-4 dəfnə yarpağı
duz, toz istiot, göyərti (zövqə görə).

Hazırlanması:
Balığı təmizləyin, baş və quyruq hissələrini qazana qoyun, 25-30 dəqiqə bişirin, bulyonu süzün. (Baş və quyruqları ata bilərsiniz.)  Balığı tikələrə doğrayın.
Davamı →

Xurmalı keks

Kateqoriya - Kulinariya

İnqridientlər:
1,5 stəkan un
400 qr kəsmik
2 yumurta
200 qr xama
200 qr kərə yağı
1 stəkan şəkər tozu
200 qr xurma
1 ç.q. qabartma tozu
vanilin.

Hazırlanması:
Unu şəkər tozunun yarısı, yağ, qabartma tozu və vanilinlə oxuşdurun. Ovuntunun yarısını formaya tökün, hamarlayın.
Davamı →

Heyva piroqu

Kateqoriya - Kulinariya

Tərkibi:
200 qr. yumşaq kərə yağı
1 stəkan şəkər tozu
5 yumurta
1 paket qabartma tozu
1 x.q. nişasta
1 stəkan un
2 orta heyva
1 qəhvə fincanı pudra şəkəri (bəzəməyi üçün).

Hazırlanması:
Heyvanı dilimlərə kəsin, az miqdarda suda şəkər tozu əlavə etməklə yumşalana qədər bişirin.
Otaq temperaturunda kərə yağı ilə şəkər tozunu çırpın.
Davamı →

Pərpətöyün salatı

Kateqoriya - Kulinariya

İnqridientlər:
1 böyük dəstə təzə pərpətöyün
2 fincan süzmə qatıq
2 diş əzilmiş sarımsaq (miqdarı zövqə görə müəyyənləşdirilir)
Quru nanə (zövqə görə)
Duz, qırmızı bibər (zövqə görə)
Zeytun yağı.

Hazırlanması:
Pərpətöyün təmizlənir, yarpaqları ilə birlikdə iri-iri doğranır, axar su altında təmiz yuyulur, suyu süzülərək qurudulur. 
Davamı →

Ədviyyatlı alma cemi

Kateqoriya - Kulinariya

cemİnqridientlər:
2 kq alma
1,2 kq (1 kq 200 qr) şəkər tozu
1 limonun şirəsi
1 çubuq darçın
3-4 mixək.

Hazırlanması:
Almanı yuyun, təmizləyin, axşamdan şəkər tozunu və 1 limonun şirəsini tökük, səhərə qədər saxlayın.

Səhər odun üzərinə qoyun, orta odda hazır olana qədər bişirin. Vaxtaşırı cemi qarışdırın ki, yanmasın.
Hazır olana yaxın darçın və mixəyi əlavə edin. 4. Steril bankalara qoyun, steril qapaqlarla bağlayın.
Nuş olsun!
Davamı →

Sobada göbələkli ət

Kateqoriya - Kulinariya

Ərzaqlar:
yarım kq farş
1 baş soğan
yarım kq şampinyon göbələyi
150 qr holland pendiri
2 diş sarımsaq
5 x.q. mayonez
duz, istiot, bitki yağı (qızartmaq üçün).

Hazırlanması:
Farşı tavada bir qa qızardın, duz, istiot əlavə edin, qarışdırın.
Başqa tavada xırda doğranmış soğanı qızardın, doğranmış göbələk əlavə edin, su çəkilənə qədər qızardın.
Mayonezə sarımsağı sıxın, qarışdırın.
Davamı →

Simit

Kateqoriya - Kulinariya

İnqridientlər:
400 qr un (təxminən)
2 ç.q. quru maya
125 qr ilıq su
4 x.q. bitki yağı
1 ç.q. şəkər tozu
yarım ç.q. duz.

Simitlərin üzərinə:
150 qr su
1 x.q. bal
küncüt.
Davamı →

Darçınlı peçenye

Kateqoriya - Kulinariya

Ərzaqlar:
100 qr kərə yağı
2 yumurta
1 stəkan şəkər tozu
2 stəkan un 
yarım ç.q. soda + yarım ç.q. limon şirəsi
1 ç.q. darçın.

Hazırlanması:
Yumşalmış kərə yağı, yumurta, şəkər tozu, un və limon şirəsi ilə söndürülmüş sodanı yaxşı qarışdırın.
Davamı →

Kivili piroq

Kateqoriya - Kulinariya

Ərzaqlar:
5 yumurta
1 stəkan un
1 stəkan şəkər tozu
vanil
4 dəymiş kivi (turş olmamalıdır).

Hazırlanması:
Kivini soyun, tikələrə doğrayın. Yumurtanı çalın, şəkər və vanil əlavə edin, yaxşı çalın (kütlə xeyli artmalıdır). Hissə-hissə un əlavə edin, çox ehtiyatla qarışdırın. Xəmir qatı xama kimi alınmalıdır.

Formaya yağ çəkin, xəmir tökün, hamarlayın, üzərinə kivi düzün. Sobanı 220-250 C qədər qızdırın, piroqu 40-50 dəqiqə bişirin. Hazır olub-olmadığını diş çöpü ilə yoxlayın. Soyudun, üzərinə pudra səpin. Nuş olsun!
Davamı →

Dadlı bulyon üçün sirlər

Kateqoriya - Kulinariya

— Bulyon vam odda bişirilməlidir. Bu halda o dadlı və şəffaf olacaq.
— Əti soyuq suya salın ki, bulyon dadlı alınsın. Əgər siz əti qaynayan suya salsanız, ət dadlı olacaq, bulyon isə dadsız.
— Bulyon bişirdikdə alüminium və ya paslanmayan poladdan olan qazanlardan istifadə edin. Emallı qazanlardan istifadə etməyin.
— Bulyon üçün olan su təmiz və yumşaq olmalıdır.
— Ət bişən qazana yerkökü saldıqda ətin spesifik qoxusu itir.
— Ət bulyonunu ətin bişməsinə yarım saat qalmış, balıq şorbasını əvvəlcə, göbələk bulyonunu isə axırda duzlamaq lazımdır.
Davamı →
Top