Tapılan məlumat sayı : 765

Blinçik ruletlərindən tort

Kateqoriya - Kulinariya

Ərzaqlar:
Yağlı xama – 400 qr.
Jelatin – 10 qr.
Qəhvəyi şəkər – 3 x.q.
Üzüm – 100 qr.
Acı, tünd şokolad – 200 qr.
Yağlı qaymaq – 200 ml.
Südlü xəmirdən nazik blinlər – 30 ədəd
Təzə nanə

Hazırlanması:
Xırda üzüm isti suya tökülüb, 30 dəqiqə saxlanılır, sonra su süzülür, üzüm soyudulur. Qazana 0,5 stəkan su alınıb, jelatin burda 10 dəqiqə isladılır, sonra bura şəkəri əlavə edib qarışdırır və odun üzərindən qaynadılır. Həm şəkər, həm jelatin suda tam həll olunmalıdır.

Davamı →

Dadlı makaron üçün sirlər

Kateqoriya - Kulinariya

Yalnız yaxşı keyfiyyətli makaron alın. Boz, ovulan makarondan heç vaxt dadlı qarnir alınmayacaq.

Bərk buğda növlərindən hazırlanmış makaronlara üstünlük verin. Bu bağlamanın üzərinə qeyd olunur.

500 qr paçka üçün 5 l su götürün. Bu çox vacibdir. Az suda bişən makaron biri-birinə və qazana yapışır.

Duzu su qaynadıqdan sonra qazana tökün, təkrar qaynamağı gözləyin, sonra qazana makaron tökün.

Makaron qaynamağa başlayana qədər onu vaxtaşırı qarışdırmaq lazımdır ki, makaronlar yapışmasın.
Davamı →

Pendirli sufle

Kateqoriya - Kulinariya

Tərkibi:
150 q pendir
2 yumurta
50 q kərə yağı
50 q un
1 st. süd.

Hazırlanması:
Yumurtaların ağını sarısından ayırın. Qazanda kərə yağını əridin. Daim qarışdıraraq unu əlavə edin.

Qarışdırmağı dayandırmadan südü tədricən əlavə edin. Pendiri doğrayın. Qazana əlavə edib əriyənədək qarışdırın. Qazanı ocaqdan götürün, yumurta sarılarını əlavə edib yaxşıca qarışdırın.
Davamı →

Karamel

Kateqoriya - Kulinariya

İnqridientlər:
175 qr şəkər tozu
120 qr yağlı qaymaq
30 kq kərə yağı 
vanilin.

Hazırlanması:
Divarları qalın qazanı qızdırın, içinə şəkər tozunu tökün, orta odda əridin, vaxtaşırı qarışdırın ki, yanmasın.
 Şəkər tozu kəhrəba rəngində olmaldır. Çalışın, şəkər tozu yanması, əks halda dadı acı olacaq.
Qaymağı yaxşı qızdırın (qaynatmayın!) İsti qaymağı əridilmiş şəkərin içinə qarışdıra-qarışdıra tökün.
 Yumşaq kərə yağı və vanil əlavə edin, yenə yaxşı qarışdırın. Hazır karameli soyuducuda saxlayın.
Nuş olsun!
Davamı →

Xamalı alma piroqu

Kateqoriya - Kulinariya

Ərzaqlar:
3 yumurta
150 qr şəkər tozu
2 ç.q. vanil
250 qr xama (10-20%)
200-250 qr un
2 ç.q. qabartma tozu
2 iri alma (400 qr)
pudra.

Hazırlanması:
 Almanın ortasını kəsin, nazik tiləkərə doğrayın. Yumurtanı şəkər tozu və vanilinlə çalın.  Xama əlavə edin, qarışdırın. Un və qabartma tozu əlavə edin, qarışdırın. Formaya yağ çəkin, bir lay alma qoyun, üzərinə xəmirin yarısını qoyun.
Davamı →

Balıq bişirərkən nələrə diqqət etməli?

Kateqoriya - Kulinariya

— Bəzi balıq növlərinin xoşagəlməz qoxusunu yox etmək üçün onun içini təmizləmək, yumaq, sonra üzərinə 2-3 dəfnə yarpağı və doğranmış soğan töküb bir neçə saat saxlamaq lazımdır.

— Balığın donunu böyük ləyəndə duz qatılmış soyuq suda (1 l suya 1 çay qaşığı duz) açırlar. Suyu bir neçə dəfə dəyişmək lazımdır. Balıq filesinin donunu isə havada açsanız yaxşıdır.

— Dəniz balığını bişirərkən onu 2-3 sm qalınlığında tikələrə doğrayın, minalanmış qazana, yaxud balaca çuqun qazana qoyun və üstünə soyuq su tökün (su balığı örtməlidir).
Davamı →

Bibər turşusu

Kateqoriya - Kulinariya

Tərkibi:
bibər
duz
sarımsaq. 

Hazırlanması:
Turşu üçün incə, uzun acı və ya şirin bibərlər istifadə edin.
Turşu olduqdan sonra istənilən sarı rəngi əldə edə bilmək üçün, təzə halda ikən rəngi tünd yaşıl bibərləri seçin.

Ən yaxşısı yaşıl-sarı rəngdə olan bibərləri seçin. Əzik və çürük olanları çıxarın. Turşunun hazırlanması və qatqı maddələri, xiyar turşusunda olduğu kimidir. Yalnız bibər turşusunun duz miqdarı bir az daha az olmalıdır.
Davamı →

Kuliç

Kateqoriya - Kulinariya

Tərkibi:
1 kq un
300 qr kərə yağı
1,5 stəkan şəkər tozu
1,5 stəkan süd
20-30 qr preslənmiş maya (yaş maya)
4 yumurta
vanil
1-2 ovuc kişmiş.

Hazırlanması:
1. Yarım stəkan ilıq süddə mayanı əridin, 1 ç.q. şəkər tozu əlavə edin, isti yerdə saxlayın ki, qalxsın.
Davamı →

Tənbəl biskvit

Kateqoriya - Kulinariya

Bu biskvit asan hazırlanır və həmişə alınır. Biskviti tort, piroq və ya pirojnaların hazırlanması üçün istifadə etmək olar.

Ərzaqlar:
5 yumurta
1 stəkan şəkər tozu (narın olmalıdır)
1 stəkan un — yarım ç.q.
vanil.

Hazırlanması:
Sobanı qabaqcadan 200-210 C qədər qızdırın. Soba qızanda xəmiri hazırlayın.
Davamı →

Qara ciyəri dadlı bişirmək üçün 7 qayda

Kateqoriya - Kulinariya

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır.

1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır. Bu o deməkdir ki, öd kisəsi zədələnib və qaraciyərin dadı acı olacaq.

2. Bişirdikdən əvvəl qaraciyərdən bütün damarları kəsin və üzərində olan plyonkanı çıxardın. Plyonkanın daha asan çıxması üçün qaraciyəri qabaqcadan 2-3 dəqiqə ilıq suda saxlayın.
Davamı →
Top