Hamımız bir az Kristoferik

Kateqoriya - Kitablar və mütaliə

Roman yazmaq çətindir. Eyni anda bir neçə məsələni nəzarətdə saxlamaq… Bəzi yazarların qeyd etdiyi kimi, roman yazmaq avtomobil sürməyə bənzəyir. Amma sən asfalt yolda deyil, təxəyyülün gizlin yollarında şütüyürsən, sirli şifrələri açmağa çalışırsan. Əgər roman bir uşağın dilindəndirsə və o uşaq da sindromludursa, onda bu işin əziyyəti iki qat artıq olur.

Dünya ədəbiyyatında uşaq dilindən qələmə alınmış bir çox maraqlı roman nümunələri var. Məsələn, Li Harper (“Bülbülü öldürmək”), Elis Siboldun (“Sevimli sümüklər”) və s.
Davamı →

Bəhlul Danəndə hikməti

Kateqoriya - Hikmət dənizi və aforizmlər

Bir gün Bağdadın tanınmış alimlərindən Şeyx Cüneyt Bəhlul Danəndəni görmək fikrinə düşür. Yerini öyrənir və yanına gedir. Öncə salam verir. Bəhlül Danəndə salamını aldıqdan sonra kim olduğunu soruşur. Şeyx Cüneyt cavab verir: “Mən Şeyx Cüneyt Bağdadiyəm”
— Sənsən camaati maarifləndirib doğru yola yönəldən?”
— “Bəli mənəm”.
– “O zaman söylə yeməyi necə yeyirsən?”

– “Öncə Bismillah deyirəm, yeməyi öz qabağımdan yeyirəm, başqalarının üzünə baxmıram, kiçik loxmalar götürür, hər birini ağzıma qoyduğumda Allahın adını zikr edirəm.Yeməkden öncə və sonra əllərimi yuyuram.
Davamı →

Kokoslu piroq

Kateqoriya - Kulinariya

Ərzaqlar:
150 qr şəkər tozu
250 qr kokos
250 qr yağlı qaymaq
1 paket vanil
paket qabartma tozu
3 yumurta.

Hazırlanması:
Yumurtanı şəkər tozu ilə yaxşı çalın.
Kokos əlavə edin, qarışdırın.
Qaymaq və vanilin əlavə edin, qarışdırın, soyuduca 20 dəqiqə saxlayın ki, kokos şişsin.
Davamı →

Bəlkə bir gün | Orxan Bahadırsoy

Kateqoriya - Poeziya

Bəlkə bir gün özümü
Bir ağacdan asaram.
Bu dünyada yer tapıb,
O dünyada azaram.

Ömrün bu gənc çağında,
Bir palıd budağında,
Ölümün ayağında,
Bir məktub da yazaram.
Davamı →

Xərçəngi məhv edən müalicə üsulu

Kateqoriya - sağlam həyat tərzi

Coanna BadviqCoanna Badviq adlı həkim nə az, nə çox düz 7 dəfə tibb sahəsində Nobel mükafatına namizəd olub. O, 95 yaşında dünyasını dəyişib. Badviq fəaliyyəti müddətində öz xəstələrinin 90%-ni xərçəng bəlasından xilas etməyə nail olub.

Başdöndürən uğurlarına rəğmən xanım Badviq əczaçılıq və nüvə sənayesi istehsalçılarının bir nömrəli düşməninə çevrilmişdi. Həkim Coanna əminliklə deyirdi ki, xərçəngin müalicəsi haqda bütün suallara cavab vermək iqtidarındadır.

O bilirdi ki, dünya səhiyyəsi təklif etdiyi ucuz və çox faydalı müalicə üsulunu rədd edəcək. Gözlənilən hal baş verir. Səhiyyə işçiləri onu insanları aldatmaqda günahlandırıb, təklif etdiyi müalicə protokoluna barmaqarası baxırlar. Badviq ruhdan düşmür. Öz müalicə üsulunu yaradır.
Davamı →

Nar şirəsi ilə qoyun əti

Kateqoriya - Kulinariya

Ərzaqlar:
600-700 qr qoyun əti
2 baş soğan
3 x.q. narşərab
1 stəkan bulyon (bulyon yoxdursa, 1 stəkan su)
duz, istiot, dəfnə yarpağı (lavroviy list).

Hazırlanması:
Soğanı doğrayın, bitki yağında yumşalana qədər qızardın, doğranmış əti əlavə edin, bir qədər qızardın.
Narşərab və bulyon əlavə edin, vam odda hazır olana qədər bişirin.
Hazır olana yaxın duz, istiot və dəfnə yarpağı əlavə edin. Hazır olanda dəfnə yarpağını çıxardın. Nuş olsun!
Davamı →

Tellər | Rene-Sülli-Prüdom

Kateqoriya - Poeziya

Mən dünyanı sevsəm də, sıxılıram dünyada,
Sıxır məni bu dünya, elə bil ki, qəbirdi.
Sevirəm bu dünyanı, lap köləsi olsam da,
Dünya min-min qandaldı, dünya min-min zəncirdi.

Vuruldum bu dünyaya, valeh oldum həmişə,
Gah işıqda dolaşdım, gah zülmətə çəkildim.
Qızıldan şüalarla zəncirləndim günəşə,
İşıqdan iynələrlə ulduzlara tikildim.
Davamı →

Uşaq tərbiyəsində yol verilən səhvlər

Kateqoriya - Uşaq tərbiyəsi

Günümüzdə artan hallardan biri də uşağına “yox" deməyi bacarmayan valideynlərin sayının artmasıdır. Bu davranışlar ilə böyüdülən uşaqlar ümumi olaraq “mən “mərkəzli olurlar. Xüsusilə, özlərinə əhəmiyyət verən, beləliklə də insani həssaslığı zəif olan bir nəsil yetişməkdədir. Uşağın böyüdülməsində valideynlər tərəfindən edilən bir çox xətalar vardır. Bunları ümumiləşdirsək aşağıdakı maddələr ortaya çıxmış olar:

1. Uşağa yalan demək! Bir çoxumuz uşaqlıqda bu mənzərə ilə rastlaşmışıq “ağzını aç bu sonuncu qaşıqdır, bax bu sondur… “ beləliklə sonuncu qaşıqların həddi hesabı bilinməz. Beləliklə, əslində uşağa yalan danışmağı öyrədən ana-atalardır.

2.
Söz verib, tutmamaq! Bax, bu məsələdə bir çox ana atalarımız təəssüf olsun ki, mənfi mənada olduqca uğurludur. Zamanı doğru bölə bilmədiyimiz üçün uşağımıza verdiyimiz sözü də yerinə yetirmirik. Uşaq bir şey istədiyi zaman, “Yaxşı edərik “deyirik. Uşaq “Nə zaman?
Davamı →

Əfsanəvi futbol hakimi - Tofiq Bəhramov

Kateqoriya - Futbol

Dünya futbol tarixinə “Qızıl fit” almış yeganə laynsman kimi düşən azərbaycanlı futbol hakimi Tofiq Bəhramov 1925-ci il yanvarın 29- da Ağdamda dünyaya göz açıb. 

Tofiq Bəhramov futbolçu karyerasına 1940-cı ildə başlayıb. O, əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin o, ayağından aldığı zədə nəticəsində futbolçu karyerasına erkən son qoyub.

Ancaq futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmayıb və hakim kimi bu idman növündə fəaliyyətini davam etdirib. 1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alan azərbaycanlı hakim, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb.
Davamı →

Hər kəs öz odunu aparır

Kateqoriya - Lətifələr

Günlərin birində Bəhlul Danəndə yoxa çıxır. Qardaşı xəlifə Harun ər-Rəşid hər yeri ələk-vələk etsə də, onu tapa bilmir. Bir müddət sonra Bəhlul Danəndə tapılır. Harun ər-Rəşid onu yanına çağıtdıraraq soruşur: «Ey Bəhlul, haralarda idin? Səni axtarmaqdan yorulduq».

Bəhlul cavab verir: «Evdə odunum qurtardığı üçün Cəhənnəmə odun gətirməyə getmişdim». Qardaşının xasiyyətinə yaxşı bələd olan Harun ər-Rəşid soruşur: «Bəs nə oldu? Odun gətirdin?».

Bəhlul kefini pozmadan cavab verir: «Yox, gətirə bilmədim. Orada odun da, alov da yoxdur. Hər kəs dünyadan gedərkən öz atəşini özü ilə aparırmış».
Davamı →
Top