Sən gəlməz oldun

Kateqoriya - Musiqi

Deyirdin baharda görüşərik biz,
Bahar gəldi-getdi, sən gəlməz oldun.
Deyirdin baharda görüşərik biz,
Bahar gəldi-getdi, sən gəlməz oldun.

Bəs nələrə dəydi, sındı əhdimiz?
Aylar gəldi-getdi, sən gəlməz oldun,
Sən gəlməz oldun,
Sən gəlməz oldun,
Sən gəlməz oldun.
Davamı →

Ədviyyatlardan necə istifadə etməli?

Kateqoriya - Evdarlıq

Bişirdiyiniz bütün xörəklərin ləzzətli olmağını istəyirsinizsə, ədviyyatlardan düzgün istifadə etmək qaydalarını öyrənməlisiniz.

Qoyun və mal əti üçün: qırmızı, qara və pul bibər, mixək, kəklikotu, kimyon, zirə, sarıkök, zərdəçal, soğan, oreqano.

Toyuq və digər quş ətləri üçün: kəklikotu, rozmarin, reyhan qurusu, adaçayı, kəklikotu Balıq əti üçün: dəfnə yarpağı, ağ istiot, zəncəfil, pul bibər,soğan, keşniş və ya toxumu, çili bibəri, xardal, şüyüd, kəklikotu, soğan.

Qril (izqara) üçün: qırmızı istiot, mayoran, hind qozu, zirə, zəncəfil, çili bibəri, hil.
Davamı →

Mstislav Rostropoviç

Kateqoriya - böyük musiqiçilər

Mstislav RostropovichMstislav Rostropoviç 1927-ci ildə Azərbaycanda, Bakı şəhərində dünyaya gəlmişdir. Atası Leopold Rostropoviç qismən belorus-polyak zadəganlar nəslinə məxsus Orenburqdan Bakıya mühacirət etmiş rus əsilli musiqiçi idi. Rostropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirmişdir.

İkinci dünya müharibəsi illərində ailəsi yenidən Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçür. Rostropoviç artıq dörd yaşında ikən anasından pianino ifaçılığının sirrlərini öyrənir. On yaşında isə atası, tanınmış violonçel ifaçısı və vaxtilə Pavlo Kasalasın tələbəsi olmuş Leopold Rostropoviçdən ilk dəfə violonçelin incəliklərini öyrənir.

1943-1948-ci illərdə Rostropoviç Moskva Konservatoriyasında təhsil alır, 1956-cı ildə bu Konservatoriyanın violonçel ifaçılığı şöbəsində professor təyin edilir. Rostropoviç Moskva Konservatoriyasına cəmi 16 yaşında qəbul olur və burada piano və violonçel ifaçılığı ilə yanaşı dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnir. Müəllimləri arasında isə Dmitri Şostakoviç və Sergey Prokofyev kimi sovet-rus musiqisinin nəhənglərini misal göstərmək olar.
Davamı →

Eynşteynlə görüş | Dino Bussati

Kateqoriya - Ədəbiyyat

Oktyabr axşamlarının birində iş günündən sonra Albert Eynşteyn Prinston xiyabanında təkbaşına gəzişərkən qəribə hadisə baş verdi.

Qəfil və səbəbsiz fikirləri xaltasından çıxmış köpək kimi nəsnədən-nəsnəyə atılanda bütün həyatı boyu xəyallarında arzuladığı şeyi dərk etdi. Hansısa məqamda Eynşteyn ətrafında əyilmiş məkan gördü, ona indi bu kitaba baxdığınız kimi, hər tərəfdən baxmağa fürsət tapdı.

Hesab olunur ki, insan ağlı məkan əyriliyini dərk edə bilmir — nəinki uzunluğu, eni, dərinliyi, həm də hansısa sirli dördüncü ölçünü; onun mövcudluğu sübut olunub, hərçənd, insanın qavrayışından uzaqdır. Ətrafımızda hansısa divar durub və insan özünün acgöz fikirlərinin qanadlarında irəliyə doğru uçmaqla yüksəkliyə qalxaraq anidən onunla toqquşur. Nə Pifaqor, nə Platon, nə də Dante indiyə qədər yaşasaydılar da onun öhdəsindən gələ bilməzdilər, çünki həqiqət beynimizə sığmır.
Davamı →

Saçları gurlaşdıran 3 vasitə

Kateqoriya - Yaraşıqlı görünüş, gözəl imic

Sağlam və baxımlı saçların sirri nədir? Saçları gurlaşdırmaq üçün nə etməliyik? Hazırda əksər xanımların saçla bağlı ən çox verdiyi suallar bunlardır. Sizə təbii yollarla sağlam və gur saçlara nail olmağın yollarını təqdim edirik.

Yumurta ilə saç gurlaşdırmaq
Yumurtanın tərkibində saç üçün lazım olan bir çox faydalı vitamin və mineral var. Yumurta ağı güclü bir protein qaynağıdır. Protein saç follikullarını gücləndirərək saçı daha gur hala gətirir. Yumurta maskası çox asandır. Yumurta sarısını və ağını qarışdırıb saçlarınıza sürtün. 15-20 dəqiqə saxlayın, sonra yuyun. Bu maska ilə siz fərqi dərhal hiss edə biləcəksiniz.

Gicitkənin saça faydaları
Gicitkənin tərkibindəki kimyəvi birləşmələr saç tökülməsinə səbəb olan dihidrotestesteron adı verilən DHT hormonunu aradan qaldırır və saç tökülməsini əngəlləyir.
Davamı →

Qızıl sap (Fin xalq nağılı)

Kateqoriya - Uşaq ədəbiyyatı

Biri vardı, biri yoxdu, bir qadın vardı Bu qadının bir qızı vardı. Bu qız gözəl ip əyirmək qabiliyyəti ilə bütün mahalda məşhur olmuşdu. Onun əlindən elə zərif saplar çıxırdı ki, hörümçək toru onunla müqayisədə kəndirə bənzəyirdi. Xeyirxah qız isə hər bahar quşlara yun saplar bağışlayardı ki, onlar özlərinə isti yuva qursunlar.

Qızın sehrli əlləri haqqında eşidən krаl atına minib məharətli qıza baxmağa gəldi. Qızın anası çox sevindi və cani-dildən onu tərifləməyə başladı! Qızının əlindən hər iş gəldiyini söylədi. Qızı tərifləyərək elə qızışdı ki, özünü saxlaya bilmədi. Yalandan qızının samandan qızıl sap əyirdiyini də söylədi. Bunu deyən kimi duruxdu, amma artıq gec idi. Kral qıza hazırlaşıb onunla birlində saraya getməyi əmr etdi.
— Qoy о sarayda krаlın libasları üçün çoxlu qızıl sap əyirsin! — dedi o.
Davamı →

Sobada tərəvəzli balıq

Kateqoriya - Kulinariya

Tərkib:
800-900 qr balıq filesi
2 ədəd soğan
2 pomidor
1 iri bibər
100 qr holland pendiri
100-150 qr mayonez
duz, istiot, bibəriyə, istənilən ədviyyatlar (zövqə görə).

Hazırlanması:
Fileni tikələrə doğrayın.
Soğanı dalğalar şəklində doğrayın, mayonez, duz, istiot, ədviyyatlar əlavə edin, qarışdırın.
Davamı →

Bal istehlakında 5 səhv

Kateqoriya - sağlam həyat tərzi

Bal olduqca faydalı və müalicəvi məhsuldur. Balın güclü iltihab, virus və mikrob əleyinə təsiri var. Lakin baldan fayda almaq üçün onu düzgün istehlak etmək lazımdır.

1. Balı acqarına yemək olmaz. Bu mədəni qıcıqlandırır, insulinin kəskin şəkildə qalxmasına səbəb olur.

2. Balı digər məhsullarla qarışdırmaq, sıyıq, kəsmik və s. qidalara əlavə etmək olmaz. Balı digər məhsullardan ayrı yemək lazımdır.

3. Balı qaşıqla deyil, suda həll edib qəbul etmək ən faydalı sayılır.

4. Gün ərzində çox bal yemək olmaz, 2-3 çay qaşığı kifayətdir.

5. Balı qızdırmaq, qaynar suya salmaq olmaz. Bu halda bal orqanizmə toksin kimi təsir edir.
Davamı →

Qəhvəli peçenye

Kateqoriya - Kulinariya

İnqridientlər:
100 qr kərə yağı
1 stəkan şəkər tozu
2 yumurta
3 ç.q. qəhvə 
50 qr süd
2 ç.q. qabartma tozu
2 stəkan un.

Hazırlanması:
Südü qızdırın, içində qəhvəni əridin, bir az soyudun.
Yağı şəkər tozu ilə yaxşı qarışdırın.
Davamı →

Gerçək fahişəlik

Kateqoriya - Esse

Yazıçı Nicki Roberts feminizm üzərinə araşdırma aparır və fahişəliyin tarixini incələyir. «Qərbdə fahişəliyin tarixi» adlı kitab yazır. Bu kitabı oxuyanda belə bir nəticəyə gəlirsən: Patriarxat gerçək dəyərləri, doğruçu əxlaqı gizlətmək üçün bütün əxlaq kodeksini azad həyat sürən, kölə olmaq istəməyən qadına yükləyib. Adını da “fahişə” qoyub. Dolayısıyla, azadlığın bir adı fahişəlik kimi təqdim edilib. Gözdən salınıb.

Patriarxat bunu niyə edib soruşa bilərsiz. Bir şirkət düşünün. İşçiləri yalnız bir cinsdən ibarətdi. İşçilərin niyə yalnız bir cinsdən ibarət olması da ayrıca mövzudu. Deməli, şirkətin qaydalarına görə alıcını aldatmaq, saxta mal istehsal etmək, işçilərdən rəhbərə söz daşımaq, kiminsə “torbasını tikmək”, asan yolla pul qazanmaq, rüşvət almaq və bu kimi qaranlıq işlər etmək olmaz. Amma insanın təbiətdən gələn yırtıcı xisləti var – tez və nə yolla olur olsun əldə etmək istəyir. Bütün mədəni cəmiyyətlər bu yabanı yoldan keçib tərbiyələnib, sivilləşiblər.
Davamı →
Top