Mənə dəniz verin

Kateqoriya - Musiqi

Mənə dəniz verin, tənha qalmışam,
O, mənə ən şirin sözlər deyəcək.
Mənə dəniz verin, bəlkə bu axşam,
Gur sular qapımı gəlib döyəcək.

Səhər açılanda, gecə düşəndə,
Mənə dəniz verin, qoy darıxmayım.
Gözümün yaşında islanım bir az,
Kədərli baxışla ona baxmayım.
Davamı →

Pyotr Pavloviç Yerşov

Kateqoriya - Ədəbiyyat

Rus şairi, yazıçı, dramaturq Pyotr Pavloviç Yerşov 1815-ci il fevralın 22-də Tobolsk quberniyasının Bezrukovo kəndində məmur ailəsində anadan olmuşdur. 1824-cü ildə valideynləri Pyotr və qardaşı Nikolayı Tobolska oxumağa göndərir və onlar gimnaziyanı bitirəndə ataları Peterburqa təyinat alır və hər iki qardaş Peterburq Universitetinə daxil olur.

Tələbəlik illərində Yerşov rus dilşünaslığı üzrə professor Pyotr Pletnyovla yaxınlaşır, Vasili Jukovski və Aleksandr Puşkin ilə tanış olur. “Qozbel at” nağılı kimi İlk iri əsərini məhz onların mühakiməsinə verən 19 yaşlı tələbə cavabında Puşkindən “Artıq mən bu tip əsərləri yazmaya bilərəm” ifadəsini eşidir. 

1836-cı ilin yayında vətənə qayıdan Yerşov əvvəl Tobolsk gimnaziyasında müəllim, sonra isə inspektor və direktor işləmişdir.
Davamı →

Armud cemi

Kateqoriya - Kulinariya

Ərzaqlar:
4 kq armud
2 kq şəkər tozu
1 ç.q. darçın
1 ç.q. limon turşusu.

Hazırlanması:
Meyvələri yuyuruq, təmizləyirik, xırda tikələrə doğrayırıq, üzərinə şəkər tozu tökürük, qarışdırırıq. Kütləni blenderlə əzirik. Kütləni enli ləyənə tökürük, odun üzərinə qoyuruq.

Qaynamağa başlayanda darçın və limon turşusunu əlavə edirik, qarışdırırıq. Cemi vam odda 40 dəqiqə ərzində bişiririk. Hazır cemi isti halda bankalara doldururuq, qapaqlarla bağlayırıq. Nuş olsun!
Davamı →

Ağlamaq istəyəndə, ağlayın

Kateqoriya - Psixologiya

Bildiyimiz kimi, gülmənin insan sağlamlığına təsiri böyükdür. Bir çox həkimlər daha uzun yaşamaq üçün daha çox gülün deyir.

Bəs ağlamaq? Ağlamaq zərərlimidir?

Əlbəttə ki, Xeyr! Ağlamanın faydaları üzərində bir çox araşdırmalar aparılmışdır, gəlin onlara nəzər salaq. İnsanlar sevincdən olsun, kədərdən olsun, zaman-zaman ağlayırlar. Gülmənin kişisi- qadını necə olmursa, ağlamanın da olmaz.
Davamı →

Vərdiş | Rene-Sülli-Prüdom

Kateqoriya - Poeziya

Qonaq kimi gəlmişdi, getmədi bir də,
O bizə kölətək sadiqdir yaman.
Ağlı əvəz edir indi hər yerdə,
Onunla yaşamaq asandır, asan.

Çalışqan dayədir, saya salmırıq,
Hər yerə baş çəkir, burnunu soxur.
Üzünü görmürük, vecə almırıq,
Elə deyirik ki, qorxusu yoxdur.
Davamı →

Bəhlulun payı

Kateqoriya - Lətifələr

Günlәrin bir günü Bәһlulu padşaһın düzәltdiyi toy mәclisinә çağırırlar. Bәһlul qәbiristanlığa gedib, iki kәllә çıxardır. Gәtirib kәllәləri nişan qoyur. Әvvәl kәllәnin birinә ox atır. Ox kәllәyә dәyib keçir.

Bәһlul kәllәni tullayır, ikinciyә ox atır. Ox kәllәyә dәyir, içindә qalır. Bәһlul bu kәllәni götürüb toya gәlir. Padşaһın adamları onu dәli һesab edib, döyüb qovmaq istәyirlәr.

Xәlifә icazә vermәyib deyir:
– Qoyun, bunun mәnasını öyrәnәk.
Davamı →

Qırmızı lobya supu

Kateqoriya - Kulinariya

Ərzaqlar:
1, 5 l bulyon
1 stəkan qırmızı lobya
1 baş soğan
1 kök
1 x.q. tomat
2 orta ölçüdə kartof
yarım dəstə cəfəri
duz, istiot, sarıkök.

Hazırlanması:
Lobyanı axşamdan isladın, səhər suyu süzün, lobyanı yaxşı yuyun, ağzı bağlı qazanda yumşalana qədər bişirin. Yağda soğan, kök, xırda doğranmış cəfəri qızardın. Tomat əlavə edin, 1-2 dəqiqə qızardın.
Davamı →

Leonardo da Vinçidən 7 məhsuldarlıq dərsi

Kateqoriya - Böyük insanlar,şəxsiyyətlər

Leonardo da Vinci – Renesans dövrünün ən qabiliyyətli qəhrəmanlarından biridir.« Vitruvian İnsan» və «Mona Lisa»- dan anatomiya, geologiya və mexanika sahəsində elmi kəşfləri – onun mirası bu günə qədər araşdırılır.

Eyni zamanda Da Vincini dəhşətli dahi adlandırmq olmaz: insanlarla ünsiyyət qurmağı sevirdi, işdən tez-tez fikri yayınırdı və başladığı işi yarıda qoya bilirdi. Bir rəssam kimi dedlaynların öhdəsindən gəlirdi, iş siyahısını tərtib edirdi və rezüme hazırlayırdı- T&P «universal insan» kimi ən faydalı verimlilik dərslərini toplayıb.

Hər şey ilə maraqlanın
Da Vincini həyatda hər şeyi maraqlandırırdı: quşların necə uçduğu, yüksələn ayın parlaqlığı, insan üzünün əzələləri, timsahın çənəsinin necə olduğu və s… Daimi müşahidə prosesində özü üçün yeni vəzifələr və suallar hazırlayırdı (məsələn, «ağacdələnin dilini təsvir et») və onları özünəməxsus bir tapşırıqların siyahısında yazırdı. Da Vinci açıq-aydın şərhlərlə kifayətlənmirdi və ən gündəlik hadisələrin səbəblərini anlamağa çalışırdı.
Davamı →

Xəzlərə qulluq

Kateqoriya - Evdarlıq

Yaxalıqlarda, papaqlarda, mantoda olan təbii xəzləri müntəzəm olaraq şotka ilə daramaq lazımdır. Çirklənmiş yerləri təmizləmək üçün soyuq suya yuyucu toz (enzimsiz) əlavə edin, suda süngəri isladın və çirklənmiş yeri silin. Sonra xəzi təmiz nəm əsgi ilə silib qurudurlar.

Yağışın və ya qarın altına düşmüş kürkü çırpın və isti sobadan uzaq yerdə səliqə ilə asılqana asın və ev temperaturunda qurudun. Kürükü heç bir halda fenlə qurutmaq olmaz!

Kürkü, hətta astardan ütüləmək olmaz! Bu dərini korlayır və kürk asanlıqla cırıla bilər. İstənilən ətir, kosmetika, krem kürükün üzərinə düşməməlidir. Bu kürkü korlayır. 
Davamı →

Hansı bürcləri sevmək çətindir?

Kateqoriya - Qoroskop

Kimdənsə xoşunuz gələndə seçimizin nə qədər uğurlu olacağını bilmək istəyirsinizsə, mütləq onun bürcü ilə maraqlanın. Çünki insanın aid olduğu zodiak işarəsi haqqınızda sizə düşündüyünüzdən də çox məlumat verə və bəlkə də sizi böyük bir bəladan xilas edə bilər…

Astroloqlar sevgi münasibətlərində ən çətin xarakterə malik olan bürclərin reytinqini hazırlayıb.

1. Qız
Qız zodiak nişanları arasında ən müstəqilidir. O, idarəetmə mövqeyi ilə analitik münasibətlərə daha uyğundur. Qız bürcləri avtomatik olaraq insanları müəyyən məsafədə saxlayır, ta ki, onlara etibar edənə qədər. Bu bürcün nümayəndələri sevmək üçün asan şəxsiyyət deyil. Kimisə sevmək üçün Qızlar öz müdafiəsini zəiflətməli və qəlbini açmalıdır. Lakin bu xüsusiyyətlər onlara yaddır.

2. Əqrəb
Əqrəblər nə istədiyini bilməyən — kral və ya kraliçadır. Onlar gah buz kimi soyuq, gah da alov kimi isti olurlar, odur ki, Əqrəblərin nə istədiyini tapmaq çətindir. Münasibətlər Əqrəbləri inanılmaz dərəcədə taqətdən sala bilər, bu səbəbdən onlar təkliyə daha çox üstünlük verir. Emosional baxımdan yetkinləşməyənə qədər onlar real münasibətlərə hazır olmayacaq.
Davamı →
Top