Tapılan məlumat sayı : 15764

Sınıq güldan | Rene-Sülli-Prüdom

Kateqoriya - Poeziya

Solmaq üçün gəlirlər bənövşələr güldana,
Neçə bənövşə ömrü büllur güldanda bitdi.
Qəfildən bir yelpiyin havası dəydi ona,
Nə gözlər gördü bunu, nə qulaqlar eşitdi.

Güldanın sinəsində vədəsiz qonaq – sınıq,
Hər gün yedi güldanı, müftə nahar elədi.
Böyüdü, güclü oldu dünənki uşaq – sınıq,
Güldanın torpağını tamam işğal elədi.
Davamı →

Jeff Bezos iş görüşlərini necə keçirir?

Kateqoriya - İnsan resursları (kadrlar)

Amazonun təsisçisi Jeff Bezos Vaşinqtonun Economic Club aparıcısına keçmiş söhbətində, iş görüşlərini və müsahibələri necə keçirdiyi haqqında danışdı. The Inc. onun hekayəsini bir neçə qaydayla sistemləşdirmişdir – onların tərcüməsini Sizə təqdim edirik.

Çətin yığınacaqları nahar yeməyindən əvvəl keçirmək. «Düşnmə nöqteyi-nəzərindən həqiqətən çətin olan hər şey 10.00-da bir görüşdür. Çünki saat 17-dən qabaq, bir şey düşünəcək vəziyyətdə olmuram. Gəlin bu barədə sabah 10:00-da danışmağı cəhd edək »-Bezos deyir. Bu məntiqdir, çünki səhər yığıncağında məhsuldarlığı hələ uzun gündüz iş yükünə məruz qalmamış yaxşı istirahət etmiş insanlar iştirak edəcək.

Kifayət qədər yuxu almaq yaxşıdır. Bezosun sözlərinə görə düzgün yuxu saatı onun üçün hər zaman prioritetdədir. «Mən tam səkkiz saat yuxu aldığım zaman daha yaxşı əhval-ruhiyyədə, daha enerjili oluram və daha yaxşı düşünmək qabliyyətinə malik oluram.
Davamı →

Hansı bürc necə əsəbləşir?

Kateqoriya - Bürclər və onların xüsusiyyətləri

Qoç
Bu adamlar qəzəblənəndə çox təhlükəlidir. Onlar hirslənəndə gah bərkdən qışqırırlar, gah ayaqlarını yerə döyürlər, gah da yumruq davasına çıxırlar. Bu mənzərə hadisələrin gedişatından xəbəri və məsələyə aidiyyəti olmayan insanlara kənardan əyləncəli görünsə də, onlara yaxın olanlar üçün heç də belə deyil. Yeri gəlmişkən onu da qeyd edək ki, Qoçlar tez coşsalar da, tez də soyuyurlar.

Buğa
Buğalar çılğın deyil, lakin onlar nəyəsə hirslənibsə uzun müddət deyinirlər. Belə vaxtlarda onların qarşısına kim çıxsa, hətta günahkar olmasa belə hirsini onun üstünə tökür. Onların qarşısını almaq, demək olar ki, mümkün deyil. Sadəcə seyr edin və deyinib-deyinib sonda yorulub sakitləşməsini gözləyin.
Davamı →

Yohanna Spiri

Kateqoriya - Yazıçılar

Yohanna SpiriYohanna Spiri (1827-1901) sevilən İsveçrə yazıçısıdır. Yohanna 1852-ci ildə Bernhard Spiri adlı vəkil ilə evlənib. Sürixdə yaşayarkən İsveçrədəki həyat haqqında əsərlər yazmağa başlayıb. Yazıçılığa başlamamışdan qabaq adi evdar xanım olub. İlk kitabı «Vroninin Məzarı üzərindəki yarpaq” və “Heydi» olub. Yayda vaxtının çoxunu Çur, Qrabündün kimi yerlərdə keçirmiş Yohanna, kitablarında da bu yerləri daxil etmişdir.

1884-cü il Yohanna üçün ən ağır il oldu, çünki həm həyat yoldaşı, həm də tək oğlu Bernhard vəfat etdilər. 1901-ci ilin 7 iyulunda isə özü vəfat etdi. 2007-ci ildə onun 125 illiyi münasibəti ilə İsveçrədə xatirə sikkələri buraxılmışdır.

Onun ən məşhur əsəri «Heydi» uşaq romanıdır. Heydi adlı 8 yaşlı yetim qızcığaz xalası ilə birgə qalır. Xalası işə düzələndən sonra onu Alp dağlarına, babasının yanına gətirir. Əvvəllər baba nəvənin gəlişindən məmnun olmasa da, sonralar balaca qızcığaz onun ürəyini yumşaldır.
Davamı →

Pəhriz salatı

Kateqoriya - Dietologiya

Bu salatı istənilən arıqlamaq üçün olan pəhrizlərə daxil etmək olar — salat azkalorilidir və eyni zamanda çox doyumludur. 

Ərzaqlar:
1 banka konservləşdirilmiş tuna balığı
1 təzə xiyar
12-15 ədədə çerri pomidorları
göyərti (zövqə görə)
2 x.q. limon şirəsi.

Hazırlanması:
Balığı çəngəllə əzin. Pomidorları 2 hissəyə bölün. Xiyarı tikələrə doğrayın. Göyərtiləri doğrayın. İnqrediyentləri qarışdırın, limon şirəsini əlavə edin. Nuş olsun!
Davamı →

Evdə ombre

Kateqoriya - Yaraşıqlı görünüş, gözəl imic

Dəbli ombre saç görünüşünə nail olmaq əslində çox asandır. Populyarlığını qoruyan, saç trendləri arasında ilk sırada yer alan ombreni evdə də etmək mümkündür. Necə? Təbii ki, ombre saç boyaları ilə.

İlk addım: Ombre effekti ver
Əvvəlcə saçları darayın və ortadan iki yerə ayırın. Sonra ombre saç boyası qutusunun içərisində olan qarışımı hazırlayın. Boya hazır olduqda qutunun içərisindən çıxan fırçanı boyaya batırın və diqqətlə saç uclarına çəkməyə başlayın.

Boyanı fırçayla yuxarıdan aşağıya doğru çəkin. Ombredəki pilləli açılan görünüşün meydana gəlməsi üçün üzə yaxın saçların daha yuxarı hissələrinə, başın arxasında qalan saçların isə yalnız uc qisimlərinə tətbiq etməyə çalışın.
Davamı →

Anna Axmatova

Kateqoriya - Ədəbiyyat

Aнна AхматоваRus ədəbiyyatının klassiki hesab olunan rus şairəsi, yazıçısı, ədəbiyyatşünası, tərcüməçisi Anna Axmatova (Qorenko) 1889-cu il iyun ayının 11-də Odessada, təqaüddə olan gəmi mühəndisinin ailəsində doğulub.

Anna ilk şeirini 11 yaşında yazıb. Atası ona şeirlərini Qorenko familiyası ilə nəşr etdirməyi qadağan etdiyindən, Anna ulu ana nənəsi Praskofya Fedoseyevna Axmatovanın qızlıq familiyası ilə şeirlərini çap etdirməyə başlayıb. Qeyd edək ki, ulu nənəsi Praskofya Axmatovanın ana tərəfi qədim tatar knyazları Çaqadayevlərin və məşhur dvoryan nəsli Axmatovların nəslindən idi.

İlk şeirləri 1911-ci ildə «Novaya jizn», «Apollon» və «Russkaya mısl» jurnallarında dərc edilib və böyük maraqla qarşılanıb. 
Davamı →

Bürcə görə peşə seçimi

Kateqoriya - Qoroskop

Qoç
Sahibkar, hərbiçi, xilasedici, siyasətçi, televiziya və əyləncə sektoru.

Buğa
Mühasib, pedaqoq, mühəndis, vəkil, dizayner, dirijor, bağban.

Əkizlər
Birja və ya elektrik işçisi, texniki məsələlərdən cavabdeh olan məsul şəxs, müxbir, müəllim, memar, maşinist, xilasetmə.

Xərçəng
Bağban, sosial xidmət işçisi, dayə, insan resursları, vəkil, müəllim, icraçı direktor, hərbiçi.

Şir
İcraçı direktor, artist, bələdçi, dəllal, memar, dərzi, siyasətçi, satış məsləhətçisi.
Davamı →

Pendirli makaron

Kateqoriya - Kulinariya

Tərkibi:
300 qr makaron
200 qr. holland pendiri
3 iri pomidor
duz, istiot
bitki yağı.

Hazırlanması:
 Makaron hazır olana qədər bişirilir, suyu süzün. Pomidorların qabıqlarını soyun, xırda doğrayın, bitki yağında qızardın. 

Pendiri sürtgəcdən keçirin. Pomidorlara makaron və pendir əlavə edin, yaxşı qarışdırın, 3-4 dəqiqə bişirin. Nuş olsun!
Davamı →

Adsız insanlar .

Kateqoriya - Poeziya

...
Balaca bir qəbir var məzarlıqda:
Nə bir yazısı var, nə də bir şəkil.
Qəbir indi olar otuz yaşında,
Torpaqaltdakında olmaz bircə il.
Hamilə görürtək soraq məzardan
Görən qarnındakı oğlandı ya qız?
Heç kəsə sormadan köçüb dünyadan
Hansı bir ananı qoyubdur yalnız?
Görən bilirdimi o, öz adını? 
Nə qədər sevirdi ananı görən?
Hiss etdi həyatda tək süd dadını
Dünyanın dərdini dadmadan köçən.
...
Bir cəsəd tapılıb sübh erkən çağı
Hansısa bir evsiz ölübdür dünən.
Üfunət qoxusu alıb hər yanı:
Yoxsulluq qarışıb meyit iyiylə.
Bir məzar qazdılar nə təhər gəldi.
Tez-bazar qoydular adsız baş daşı.
Onun ölməyi də heç fərq etmədi:
Nə namaz, nə hüzür, nə ehsan aşı.
...
İki adsız məzar var məzarlıqda.
İki daş yığını «bəlkə»ylə dolu.
Sualsız cavablar torpaq altında.
Cavabla dolaraq, yer qozbel olur.
Bəlkə istəmirlə həyatı bütün?
Bəlkə xoşbəxtlərmiş həyatda onlar?
Bəlkə ad günüdü onların bugün? 
— Ad günün mübarək adsız insanlar.

Cavidan Hacıyev
Davamı →
Top