Adsız insanlar .

Kateqoriya - Poeziya

...
Balaca bir qəbir var məzarlıqda:
Nə bir yazısı var, nə də bir şəkil.
Qəbir indi olar otuz yaşında,
Torpaqaltdakında olmaz bircə il.
Hamilə görürtək soraq məzardan
Görən qarnındakı oğlandı ya qız?
Heç kəsə sormadan köçüb dünyadan
Hansı bir ananı qoyubdur yalnız?
Görən bilirdimi o, öz adını? 
Nə qədər sevirdi ananı görən?
Hiss etdi həyatda tək süd dadını
Dünyanın dərdini dadmadan köçən.
...
Bir cəsəd tapılıb sübh erkən çağı
Hansısa bir evsiz ölübdür dünən.
Üfunət qoxusu alıb hər yanı:
Yoxsulluq qarışıb meyit iyiylə.
Bir məzar qazdılar nə təhər gəldi.
Tez-bazar qoydular adsız baş daşı.
Onun ölməyi də heç fərq etmədi:
Nə namaz, nə hüzür, nə ehsan aşı.
...
İki adsız məzar var məzarlıqda.
İki daş yığını «bəlkə»ylə dolu.
Sualsız cavablar torpaq altında.
Cavabla dolaraq, yer qozbel olur.
Bəlkə istəmirlə həyatı bütün?
Bəlkə xoşbəxtlərmiş həyatda onlar?
Bəlkə ad günüdü onların bugün? 
— Ad günün mübarək adsız insanlar.

Cavidan Hacıyev
Davamı →

Dəri əşyaları belə təmizləyin

Kateqoriya - Evdarlıq


Çox sevərək aldığınız dəri ayaqqabı, gödəkcə, ya çantanız indi istifadə edilməz hala gəlib? Ürəyinizi sıxmayın! Onları ilk günki kimi tərtəmiz vəziyyətə gətirmək çox asandır.

Sizə dəri əşyaları təmizləmək üçün evdə hazırlaya biləcəyiniz asan formul təqdim edirik.
— 2 yemək qaşığı zeytun yağı
— 2 yemək qaşığı sirkə
— 10 damcı uçucu yağ (lavanda, portağal, okaluiptus yağı və s.)
Davamı →

Qəribə səyahət

Kateqoriya - Uşaq ədəbiyyatı

Bazar ertəsi idi. Dərsdən xoş əhvalla qayıdan Humay anasını da sevindirdi, düz dörd fəndən əla qiymət almışdı. Nahar edib otağına keçdi və dəftər-kitablarını səliqə ilə yazı stolunun üzərinə düzməyə başladı. Elə bu vaxt qəribə səs eşitdi, sanki onu kimsə çağırırdı. Səs kitab şkafı tərəfdən gəlirdi. Rəflərə yaxınlaşan Humay gözlərinə inanmadı. İkinci rəfə alabəzək, parlaq üzlü bir kitab qoyulmuşdu. Günəşin şüalarını əks etdirən cildi Humayın gözünü qamaşdırdı. Qızı heyrət bürüdü...

Axı onun belə kitabı yox idi, bəs bunu onun otağına kim qoyub? Kitabı götürüb baxmaq istəyəndə yenə həminki səsi eşitdi: “Humay, Humay! Qorxma, danışan mənəm, sənin dostun olmaq istəyirəm. Əgər məni götürüb vərəqləsən, heç vaxt görmədiyin möcüzəli aləmə düşəcəksən”.
Davamı →

Ailə səadətini necə qorumalı?

Kateqoriya - Xoşbəxt ailə

Ailə səadəti ilə bağlı mövzuda xoşbəxt, ideal ailələrdən bəhs edərkən, reallıqları da nəzərdən qaçırmaq olmaz.

Yəni nağıllardakı kimi bir ailəmiz yoxdursa, ara-sıra həyat yoldaşımızla mübahisə ediriksə və ya keçmişdə etmişiksə, xoşbəxt olmaqdan, sabahlara ümidlə baxmaqdan əlimizi üzə bilmərik.

Hər şeydən əvvəl bilməliyik ki, xoşbəxtlik bizdən asılıdır. Yəni xoşbəxt olmaq istəyiriksə ümidsizliyi bir kənara qoymalıyıq. Əlbəttə, hər ailədə söz-söhbət olur. Bir-biri ilə az-çox dalaşmayan, ayrı-ayrı fikirlər üstündə mübahisə etməyən nə qədər az ailə var.
Davamı →

Gözəllik üçün limon duzu

Kateqoriya - Yaraşıqlı görünüş, gözəl imic

Limon duzu mətbəxdə, məişətdə çox geniş istifadə olunur. Limon duzu ziyansızdır, onun toksiki və s. ziyanlı xüsusiyyətləri yoxdur.

Limon duzu kosmetologiyada da çox geniş istifadə olunur. Bu ucuz vasitə dəriyə çox müsbət təsir edir — dərini ağardır, təmizləyir, piqment ləkələri və çilləri görünməz edir, məsamələri daraldır.

Limon duzu ilə üz maskaları:
1. 1 x.q. xamanı yarım ç.q. limon duzu ilə qarışdırın, üz dərisinə çəkin, barmaqların ucları ilə ehtiyatla massaj edin. Maskanı 20 dəqiqə saxlayın, sonra ilıq suda isladılmış pambıq disklə silin.
Davamı →

Kələm piroqu

Kateqoriya - Kulinariya

Tərkibi:
1,5 stəkan un
300 qr qatıq
3 yumurta
2 baş soğan
1 kök  
600 qr kələm
1 çay qaşığı soda
duz, istiot, bitki yağı (kələmi qızartmaq üçün).

Hazırlanması:
Soğanı xırda doğrayın, kökü sürtgəcdən keçirin, kələmi doğrayın. Soğanı bitki yağında bir qədər qızardın, kök əlavə edin, 1-2 dəqiqə qızardın. Kələm əlavə edin, 15 dəqiqə qızardın, duz, istiot əlavə edin, qarışdırın. 
Davamı →

Migel de Servantes

Kateqoriya - Yazıçılar

Migel de Servantesİspan yazıçısı, şair və dramaturqu Migel de Servantes 1547-ci il sentyabrın 29-da Alkala de Enares adlı kiçik Kastiliya şəhərciyində, Rodriqo de Servantesin ailəsində dünyaya gəlib.

Yazıçının həyatının ilk illəri haqqında az məlumat var. Həyatının çoxunu ailəsi ilə şəhər-şəhər gəzib. 1569-cu ildə Servantes İtaliyaya köçüb. 1575-ci ildə quldurlar tərəfindən əsir alınıb. Sonralar o, Madridə qayıdıb. Onun Kastiliyanı tərketmə səbəbləri naməlumdur.

1585-ci ildə Servantes “Qalateya” adlı pastoral roman, 1605-ci ildə “Don Kixot”un birinci hissəsini, sonralar müxtəlif hekayələrini “Qaraçı qız”, “Qan gücü”, “Ledi Korneliyanın romanı”, “İtlərin söhbəti”, 1615-ci ildə isə “Don Kixot”un ikinci hissəsini yazıb. 
Davamı →

Sükut | Orxan Bahadırsoy

Kateqoriya - Poeziya

Gecə çıxıb küçələrdə dolandım,
çuxurlarda leysan suyu köpürdü.
Bir səkidə izin vardı, onu da,
sarı donlu süpürgəçi süpürdü.

Sərxoş adam danlayırdı keçmişi,
sonsuzluğun şəklin çəkdi yerişi.
Ayaqları dizdən kəsik bir kişi
öz protez ayağından öpürdü.
Davamı →

Ramiz Mirişli

Kateqoriya - Musiqi

Azərbaycanın sevilən, mahnıları illər ötsə də daim dillər əzbəri olan bəstəkarı Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olmuşdur. Asəf Zeynallı adına musiqi məktəbində oxuyan R. Mirişli 1956-1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır. 

Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən məharətlə bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir.

Əminliklə deyə bilərik ki, Ramiz Mirişli yaradıcılığı boyu musiqinin bütün janrlarına müraciət edib. Müxtəlif janrlarda əsərlər yazan bəstəkar operettalar, kamera orkestri üçün simfoniyalar, simfonik poemalar, simfonik süitalar, kantatalar, səs və orkestr üçün vokal məcmuələr, fortepiano üçün süita və miniatürlər, teatr tamaşaları və kinofilmlərə musiqilərin müəllifidir.

Davamı →

Üç torpaq

Kateqoriya - Lətifələr

Bir padşah öz vәziri ilә sәyahәtә çıxmışdı. Az getdilәr, çox getdilәr, gәlib bir yerə çıxdılar. Gördülәr Bәhlul Danәndә yolun qırağında oturub, qabağına da uç topa torpaq toplayıbdı.

Vәzir soruşdu:
– Bәhlul, bu torpağı nə üçün toplamısan?
Bəhlul cavab verdi:
– Bu torpaqları satıram. 
Vәzir mәәttәl qaldı, özü-özünә dedi: düz-dünya hamısı torpaqdı, görәsәn Bәhlul bu torpağı nә üçün satır.
Davamı →
Top