Tapılan məlumat sayı : 15764

Gecə maskaları

Kateqoriya - Yaraşıqlı görünüş, gözəl imic

Gecə vaxtı orqanizmdə bərpa proseslər sürətlənir. Bu bütün orqan və sistemlərə və o cümlədən dəriyə də aidir. Bu səbəbdən gecə kosmetik maskaları çox effektlidir. Maskanı axşam yatmazdan əvvəl təmizlənmiş dəriyə çəkin və 15-20 dəqiqədən sonra mütləq yuyun.

Maska ilə yatmaq olmaz. Bu halda səhər üzünüz şişkin görünəcək.
Sizə bir neçə bərpaedici və cavanlaşdırıcı gecə maskaların reseptlərini təqdim edirik.
Davamı →

Bal damarları xolesterindən təmizləyir

Kateqoriya - sağlam həyat tərzi

Vaşinqton Universiteti (ABŞ) alimləri araşdırma zamanı aşkar ediblər ki, balın tərkibində olan maddə damarları xolesterindən təmizləyir və bununla da infarkt və insultun riskini azaldır.

Xolesterinin yığılması nəticəsində damarlar daralır, zəifləyir, öz elastikliyini itirir. Belə damarların partlaması riski çox yüksək olur. Bu isə öznövbəsində infarkt və ya insulta səbəb ola bilər.

Araşdırma göstərib ki, balın təsirindən damarlarlarda yığılmış xolesterin 30% qədər azalır. Bunun səbəbi balın tərkibində olan şəkər treqalozadır. Məhz treqaloza damarların xolesterindən təmizlənməsi proseslərini stimullaşdırır.

Bal qanın ürəyə axmasını gücləndirir ki, bu da damarları genişləndirir. Balın tərkibində olan antioksidantlar isə damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.
Davamı →

Əsla yola getməyən bürclər

Kateqoriya - Qoroskop

Qoç-Buğa
Dikbaş qoçlar və inadçı öküzlərin uyğunlaşmasından bəhs etmək olmaz. Aralarındakı hər hansı bir müzakirə bir anda alovlana bilər. Ayrılıqları isə olduqca problemlidir.

Qız-Tərəzi
Tərəzilər qızları özündənrazı və çox ciddi hesab edirlər. Qızlar isə tərəziləri uşaq kimi və əsəblərə toxunacaq dərəcədə qayğısız kimi tanıyırlar. Bu vəziyyətdə təəssüf ki, əks qütblərin bir-birlərini cəlb etməsi mövzu deyil. Bununla yanaşı tərəzilərin kiçik və qapalı dost əhatəsi olduğu halda, qızlar tam mənasıyla ictimai insanlardır.
Davamı →

Bürclərə uyğun ailə həyatı qurmaq olarmı?

Kateqoriya - Xoşbəxt ailə

Mövzunun adından, yəqin, elə düşündünüz ki, bu dəfə sizə hansı bürcə aid insanla ailə həyatı qurmağın məsləhət olduğunu tövsiyyə edəcəyik. Əsla… düz deyiblər, ailə həyatı qurmaq çox çətin məsələdir. Belə bir addım atmazdan öncə bir sıra məsələləri götür-qoy edirik. Görəsən, xasiyyətimiz tutacaqmı? Ailəmiz nə dərəcədə möhkəm olacaq? O mənə xəyanət edə bilərmi? və s. və ilaxır bu tip suallar daima beynimizi məşğul edir.

Diqqətimizdən yayınmayan əsas məsələlərdən biri ailə həyatı quracaq cütlüyün bürclərinin nə dərəcədə tutuşmasıdır. Evliliklə bağlı mediada yayımlanan yazıların bir çoxunda da oxucular üçün bu məsələnin ciddi önəm daşıdığını gördük. Bürclərə görə ailə həyatı qurmaq nə dərəcədə düzgündür?
Davamı →

Oxuyun, ay millət! | İvan Kraus

Kateqoriya - Ədəbiyyat

Hər dəfə kitab mağazalarına girəndə guşələri gəzir, rəflər arasında dolaşıram. Boynumu qeyri-təbii şəkildə burub, rəflərə düzülmüş kitabların kötüyündən adlarını oxuyuram. Ta boynum tutulana qədər. Bu, təhlükəli haldır. Bir tanışım hansısa kitabı beləcə o qədər axtarmışdı ki, boynu qurumuşdu, düzəldə bilmirdi. Satıcılar onu taksiyə oturdub birbaşa massajçı yanına göndərmişdilər.

Kitab mağazalarına istirahət üçün getdiyini deyənlər, sözsüz ki, məsələni şişirdirlər. Şair dostum var, deyir ki, hər dəfə kitabçıdan çıxan kimi cumuram evə – uzanmaq üçün. O dəfə kitab mağazasında bir nəfər gördüm, həmin qeyri-təbii vəziyyətdə kitab axtarmaqdan axırda huşunu itirdi. Xoşbəxtlikdən, yıxılanda başı aktyorların və müğənnilərin xatirələrindən ibarət kitab qalağına çırpıldı deyə, salamat ötüşdü.

Mağazadakılar arasında həkim də varmış, əlüstü müayinədən belə nəticəyə gəldi ki, bir ara adamın beyninə qan çatmayıb. Həmin oxucunu şeir kitabları olan bölməyə aparıb, endirimli nəşrlərin üstünə uzatdılar, özünə gələnəcən də orda qaldı.
Davamı →

Amma boğazında bir az xırıltısı da var

Kateqoriya - Lətifələr

Bir gün Bəhlul Danəndə küçəynən gedirmiş. Birdən görür ki, iki nəfər möhkəm dalaşır, az qalır bir-birini öldürsünlər. Bəhlul Danəndə yaxınlaşıb bunları ayırana qədər biri çıxarır xəncəri soxur o birinin qarnına və cinayətkar qaçıb gedir. Vurulmuş adamın xəncər qarnında yerdə əzab çəkdiyini görən Bəhlul Danəndə dartıb xəncəri çıxarır. Adamın əzabları bir az azalsa da, bu zaman o canını tapşırır. Səs-küyə yığılan camaat Bəhlul Danəndədən soruşur:
— Bunu kim öldürdü?
Bəhlul Danəndə baxır ki, əlində qanlı xəncər, yerdə meyid və deyir:
– Mən öldürdüm!
Bəhlul Danəndəni çəkirlər hökmdarın, yəni qardaşı Harun Ər Rəşidin divanına.
Davamı →

Uğur qazanmağa təsir edən 9 amil

Kateqoriya - Müvəffəqiyyətə gedən yol

Müvəffəqiyyət yalnız çox işləməkdən asılı deyil. Bəzən təsadüfən gəlir, bəzəndə qeyri-aşkar amillərlə izah olunur. Uğura təsir edə bilən bəzi amillər bunlardır.

1. Üsyan edənlər yaxşı qazanırlar
Alimlər yeniyetmə dövründə baş verən üsyankarlıq ilə yetkinlik yaşlarda əldə olunan yüksək gəlir arasında əlaqə tapıblar. Təcrübə 1968-ci ildə başlayıb, Lüksemburqdan təxminən 3.000 altıncı sinif şagirdlər sorğu edilib. 2008-ci ildə tədqiqatçılar o vaxt 52 yaşı olan 745 iştirakçı ilə əlaqə qura biliblər. Məlum olub ki,uğur qazananlar – uşaqlıqda qaydaları pozanlar və valideynlərinin səlahiyyətinə riayət etməyənlərdir.
Davamı →

Payız gəldi

Kateqoriya - Musiqi

Gözlərim hər axşam axtarır səni,
Ürəyim yollardan qayıtmır evə.
Sənsiz dalğalar da tanımır məni,
Neynəyim, ürəyim heç yatmır evə.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.
Davamı →

Çövkan oyunu haqqında | Qabusnamə

Kateqoriya - Ədəbiyyat

Ey oğul, bil, əgər çövkan oynamaqdan həzz alsan, çox oynamağı özünə adət etmə, çox adamlar çövkan oynamaqdan zərər görüblər.

Hekayət. Belə deyirlər ki, Əmr Leysin bir gözü kor imiş. Xorasan əmiri olduqdan sonra bir dəfə çövkan oynamaq üçün meydana gedir. Onun Əzhər Xər adlı bir sərkərdəsi var imiş, gəlib onunatının cilovundan tutur və deyir: “Qoymaram səni top vurub çövkan oynayasan”.
Davamı →

Göbələk supu

Kateqoriya - Kulinariya

Ərzaqlar:
400 qr şampinyon göbələyi
3-4 orta ölçüdə kartof
1 soğan
1 bolqar bibəri
1 kök
2 diş sarımsaq
göyərti (zövqə görə)
zeytun və kərə yağı (qızartmaq üçün)
duz, istiot, dəfnə yarpağı.

Hazırlanması:
Tərəvəzləri təmizləyin, doğrayın. Soğanı zeytun yağı ilə kərə yağının qarışığında qızılı rəng alana qədər qızardın, kök, bolqar bibəri əlavə edin, yumşalana qədər qızardın. Tavaya sarımsaq sıxın, 1-2 dəqiqə qızardın, tavanı oddan götürün.
Davamı →
Top