Təbiət - İlahi tərəfindən bəşərin bütün həyat təminatlarını ödəyən, nəhəng və eyni zamanda zərif bir nemətdir. İnsan - təbiətin qayğıkeş sahibidir. O, onu sevir və qoruyur. insan təbiətdən rasional istifadə olunmasının, canlı və cansız təbiətin bərpa olunaraq yenidən istifadəyə verilməsinin səbəbkarıdır.
        Qədim zamanlardan bəşər, bitki və heyvanlardan öz ehtiyaclarını ödəmək üçün istifadə edir. Zaman keçdikcə, insanlann təsərrüfat fəaliyyətlərinin artması ilə əlaqədar olaraq sıx meşələr getdikcə seyrəlməyə başladı. Vəhşi heyvanların sayı azalmağa başladı, bəziləri isə tamamilə məhv oldu. Meşələrin kütləvi surətdə qırılması, çayların dayazlaşması ilə nəticələndi. Çaylarda balıqlar getgikcə azalırdı. Torpağın məhsuldarlığı azalır, toplanan məhsulun həcmi düşürdü. Təbiətin qanunlarını daha dərindən mənimsəyən insan, gələcək arzuedilməz dəyişikliklərin təhlükəsini daha dərindən və aydın hiss edirdi. Bəşər anladı ki, təbiəti tək ayrı-ayn ərazilərdə qorumaq kifayət deyil, həmçinin onun sərvətlərindən düzgün istifadə etmək lazımdır.
        Meşələri, planetimizin «yaşıl ciyərlər»i adlandırırlar. Meşələrin qırılması və ətraf mühitin çirklənməsi bitki aləminə fəlakətli zərbələr vurur, nəticə etibarilə, insanların sağlamlığına və hətta, həyatına təhlükə yaradır. Məhz bu səbəblərə görə təbiətin mühafizəsi bizim planetin insanları üçün ən ümdə məsələlərdən biridir. Yaşıl təsərrüfatın əməkdaşları və şagirdlər, artıq kəsilmiş ağacların yerində yeni ağaclar əkirlər. Ağacların qırılması minlərlə heyvan və bitkilərin məhv olmasına, əkilmiş kənd təsərrüfatı məhsullarının tələf olmasına, iqlimin dəyişməsi və s. bəlalarla nəticələnir. Təbiətin qayğısını çəkərək insanlar qoruqlar, təbiət parkları, botanika bağları, məhvə doğru gedən flora və fauna növləri salınmış xüsusi Qırmızı kitablar yaratmışlar.
        İnsanın təbiətin mühafizəsində çəkdiyi zəhmətlər hədsizdir. O, ağacları zərərli həşəratlardan qoruyur, göl və nohurları təmizləyir, meşələr salır, quşları və heyvanları hifz edir. Təbiət isə öz növbəsində öz sərvəti ilə minnətdarlığını bildirir. Bəşərlə təbiətin qayğıları qarşılıqlıdır.
Top