• Bir ürəkdə olmaz iki sevgili
    İki ürəklinin düz olmaz dili. (Nizami Gəncəvi)
  • Eşq-elə bir sirdir ki, gətirmək olmur dilə,
    Lakin örtmək də olmur onu min pərdə ilə. (Əbdürrəhman Cami)
  • Hər şeydə oğurluq haramdırsa, qızlar üçün oğlanın qəlbini oğurlamaq halaldır. (Məmməd Səid Ordubadi)
  • Həyat yoldaşı seçməkdə yanılmaq, bütün həyatı uduzmaq deməkdir. (Məmməd Səid Ordubadi)
  • Insana sevdiyin qədər dəyər ver,
    Dəyər verdiyin qədər sev. (Naməlum)
  • Məhəbbət odur ki, odu sönməsin
    İnsan yaşadıqca üzü dönməsin. (Nizami Gəncəvi)
  • Sevgi sevgini yaradar. (Naməlum)
  • Sevgililər üçün koma da cənnətdir. (Naməlum)
  • Sevgiyə sədd yoxdur. (Naməlum)
  • Vətən mənə oğul desə nə dərdim,
    Mamır olub qayasında bitərdim. (Məmməd Araz)
Top