• Bəzən böyük həyat üçün yaranmış insanların ömrü kiçik və yeknəsəq səhnələrdə keçir. Bu halda onlar öz mənəvi ehtiyaclarını ancaq ədəbi qəhrəmanların həyatında tapa bilirlər. (Əbu Turxan)
  • Böyük adam böyüklüyünü kiçik adama hərəkətləri ilə göstərər. (Oldos Haksli)
  • Böyük adamlar kiçik işlərdə çox vaxt səriştəsiz olurlar. (Əbu Turxan)
  • Böyük dünya kiçik dünyadan böyük deyil. (Əbu Turxan)
  • Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır. (Konfutsi)
  • Böyük iş kiçik işlərin toplanmasından yaranmır. Böyük iş üçün böyük ideya lazımdır. (Əbu Turxan)
  • Böyük kəşflər o qədər işıqlı olur ki, yaxın ətrafdakı kiçik yeniliklər onun kölgəsində qalır. (Əbu Turxan)
  • Böyük məhəbbət kiçik qığılcımlardan doğur. (Stendal)
  • Böyük məqsədə çata bilmək üçün kiçik məqsədlərdən imtina etməyi bacarmaq lazımdır. (Əbu Turxan)
  • Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz. (Heydər Əliyev)
  • Hamıya eyni gözlə bax ki, böyüyü böyük, kiçiyi kiçik görəsən. (Əbu Turxan)
  • Kiçik işlərdə də böyük olmaq lazımdır. (Andre Morua)
  • Kiçik işlərdə həddən artıq canfəşanlıq edənlər böyük işlərə yaramırlar. (Fransua de Laroşfuko)
  • Kiçik nöqsanlar böyük səhvlərə aparır. (Kiçik Seneka)
  • Kiçik planlar böyük planlardan kənarda yox, onların tərkib hissəsi kimi qurulmalıdır. (Əbu Turxan)
  • Sənin şöhrətin sənin kölgən kimidir – o gah səndən qabaqda, gah arxada gedir; bəzən səndən böyük, bəzən kiçik olur. (Hippel)
Top