• Allah qardaşı qardaş yaradıb, kisələrini ayrı.
  • Anadan olmayan qardaş sayılmaz.
  • Dığ-dığ qardaşı qardaşdan ayırar.
  • Duz-çörək deyiblər, düz çörək yeyiblər.
  • El el ilə keçinmiş, qardaş qardaş ilə keçinməmiş.
  • El içində – əmioğlu; əmioğlu içində – qardaş.
  • İlan yeddi qardaş olar.
  • Küsülü qardaş, gəl yükü çataq, küsümüz küsülülükdə.
  • Oğul ölsə ciyərim yanar, qardaş ölsə belim bükülər.
  • Oğul ölümü göz tökər, qardaş ölümü bel bükər.
  • Qan qardaş olsada, mal qardaş deyil.
  • Qardaş da dost olsa yaxşıdır.
  • Qardaş olaq, tən bölək.
  • Qardaş qardaş yaranıb, cibləri ayrı.
  • Qardaş qardaşı bıçaqladı, sonra dönüb qucaqladı.
  • Qardaş qardaşın pis gününü istəsə də, ölümünü istəməz.
  • Qardaş qardaşın yoxluğun istər, ölümün yox.
  • Qarın qardaşdan irəlidir.
  • Yaxşı dost qardaşdan əzəldir.
  • Yaxşı gündə yad yaxşı, yaman gündə vay qardaş!
Top