• Evli evdə yatar, qərib harda axşamlar?
  • Qərib dərdin tək ağlar.
  • Qərib dostu olmayandır.
  • Qərib ölkədə kefə dolan, doğma yurdunda qüssədən ölər.
  • Qərib quşa yuvanı Allah yetirər.
  • Qərib, kor olur.
  • Qəriblik ağıl artırar.
  • Qəriblik cənnət olsa, yenə vətən yaxşıdır.
  • Qürbətdən vətənə qayıdanda sevinmək olmasaydı, qürbət səfəri haram olardı.
  • Vətəni yadına düşən qərib ağlamasın, neyləsin?
  • Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır.
  • Yersiz qərib olmaz, qəribsiz yer olmaz.
Top