Sizin reklam burada

050 285 43 33

Sizin reklam burada

050 285 43 33

Sizin reklam burada

050 285 43 33

  • Ac qalmaq borclu olmaqdan yaxşıdır.
  • Borc alan ağlar gələr, gülər gedər.
  • Borc alan ağlaya-ağlaya gələr, gülə-gülə gedər.
  • Borc alan bicdir, borc verən gic.
  • Borc alan, salam da var.
  • Borc almaq asandır, qaytarmaq çətin.
  • Borc almaq başlanan yerdə dostluq pozular.
  • Borc altında qalan deyil.
  • Borc çıxıbdır xirtdəyəcən.
  • Borc durar, xərc durmaz.
  • Borc əsarətdir.
  • Borc ilə alınan köynək adamı təmiz saxlamaz.
  • Borc ilə çaxır içən, iki dəfə keflənər.
  • Borc ki oldu yüz – kir içində üz.
  • Borc köməyə bənzər, qaldıqca böyüyər.
  • Borc mini aşdı, hər axşam paxlava ye.
  • Borc ödəməklə, yol yeriməklə tükənər.
  • Borc qaldıqca uzanar.
  • Borc verənin dili uzun olar.
  • Borc verməklə tükənər, yol getməklə.
    (Borc verməklə, yol yeriməklə bitər.)
  • Borc yaddan çıxmaz.
  • Borc yaxşı günə gəlməz.
  • Borclunun duaçısı borc verəndir.
  • Borcunu verməyən, bir də borc ala bilməz.
  • Davada qılıncı borc verməzlər.
  • Dolan qoyunum, dolan, borc verən gələr, ya səni aparar, ya məni.
  • Gədadan borc alma, ya toyda istər, ya bayramda.
  • İki gözü var idi, birini də borc elədi.
  • Öküzü olana borc gön verərlər.
  • Özgə evində qonaqdan borc istəməzlər.
  • Qıx çörək, borc olmaz.
  • Qulluqçudan borc eləmə, ya toyda istər, ya yasda.
  • Saçı borc almaq mümkün olsaydı, keçəlin nə dərdi vardı?
  • Şir öz dişini heç kəsə borc verməz.
  • Yat qara öküzüm, yat, borc verən gələr, ya səni aparar, ya məni.
Get it on Google Play Available on the App Store
Top