• Allah heç kimi arxasız qoymasın.
  • Allah sağ əli sol ələ möhtac eləməsin.
  • Allah var, rəhmi də var.
  • Allah verib, Allah da aparıb.
  • Baş ağrıyanda Allah yada düşər.
  • Bir çörək özün ye, birin də Allah yolunda ver.
  • Bir ye, bir Allah yolunda ver.
  • Cin bismillahdan qorxar.
  • Falın faldır, fərmanın Allah.
  • Könülsüz namazı Allah qəbul eləməz.
  • Kor leyləyin yuvasını Allah tikər.
  • On iki imama qırx dəfə yalvarınca bir dəfə Allaha yalvar
Top