• Dünyanı dolansan da qarğasan, qarğa!
  • Dünyanı ikiəlli tutma.
  • Dünyanı verim açıb.
  • Dünyanın ən bəxtiyar insanı kimsəyə möhtac olmayanıdır.
  • Dünyanın ən böyük neməti cansağlığıdır.
  • Dünyanın işini hər təhər tutsan keçər gedər.
  • Dünyanınkı borcdur.
  • Dünyanınkı əvəz-bədəldir.
  • Dünyaya eşşək gəlib, eşşək də getdi.
  • Dünyaya etibar yoxdur.
  • Od olmasa, tüstü çıxmaz.
  • Pisi öymə, düzü döymə.
    Pisi sevmə, düzü söymə.
  • Yaş odun tüstüləyir.
  • Yaxşı ki, dünyada yaxşı varmış, yoxsa dünya tərk olardı yaman əlindən.
  • Yıxıl dünya bas məni, gözüm görməsin səni.
Top